Aİ Ukraynaya büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Bakı, 12 dekabr, AZƏRTAC
Avropa İttifaqı Macarıstanın mümkün vetosundan yayınmaq üçün Ukraynaya büdcədənkənar fondlar hesabına təcili maliyyə yardımı ayırmaq imkanını nəzərdən keçirir.
AZƏRTAC “Financial Times” qəzetinə istinadla xəbər verir ki, müzakirələrlə tanış olan ekspertlərin sözlərinə görə, Avropa İttifaqının diplomatları 26 üzv ölkə ilə potensial maliyyə paketinin mümkünlüyü və texniki təfərrüatları ilə bağlı şəxsi təmaslar aparır. Bu, Kiyevi ən azı bir il fövqəladə maliyyə ilə təmin etməlidir.
Avropa Komissiyası, həmçinin 2027-ci ilədək Rusiyanın dondurulan aktivlərinin yenidən investisiya edilməsi ilə əldə olunan gəlir hesabına Kiyevə dəstək üçün istifadə oluna biləcək təxminən 15 milyard avro vəsait toplamaq niyyətindədir.
Qeyd edək ki, bir müddət öncə Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının dekabrın 14-15-də keçiriləcək sammitində Kiyevə 50 milyard avro həcmində maliyyə yardımı təklifinə mane olacağını bildirib. Onun sözlərinə görə, Brüssel Macarıstanın vetosundan yan keçmək üçün mümkün yollar axtarır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [23:40]
Minlərlə metallurgiya işçisi Almaniyada etiraz aksiyalarına çıxıb
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]