Aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparıldığı üçün nəqliyyat sıxlığı yaranıb
Bakı, 19 aprel, AZƏRTAC
Nərimanov rayonu, Ziya Bünyadov prospektində aidiyyəti dövlət qurumu tərəfindən yolda təmir işləri aparılır.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu səbəbdən Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyası istiqamətində, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, Ziya Bünyadov prospekti istiqamətində, eləcə də Nərimanov rayonu, Atatürk prospekti, Ziya Bünyadov prospekti istiqamətində nəqliyyat sıxlığı yaranıb.