Azərbaycan Dövlət İnformasiya Agentliyi

Akademik Fəxrəddin Qədirov: Elmimizin dünyaya inteqrasiyasında “Azərbaycan geologiyası” kitabının böyük rolu olacaq

Bakı, 27 iyul, K.Əliyeva, AZƏRTAC

Alimlərimizin çoxillik zəhmətinin bəhrəsi olan “Azərbaycanın geologiya elmləri. Birinci cild: Geologiya” kitabı “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap edilib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov və professor Lev Eppelbaumun həmmüəllifi olduqları kitabda Böyük və Kiçik Qafqaz, Talış dağları, Kür çayı və Xəzər dənizi hövzələri kimi unikal tektonik və geoloji şəraitə malik Azərbaycan geologiyası haqqında geniş məlumat təqdim olunur. Eyni zamanda, əldə edilmiş geoloji və geofiziki məlumatlara əsaslanaraq tədqiq olunmuş ərazidə Yerin təkamülü və həmin zonanın seysmik fəallığı təhlil edilir.

Yeni nəşrdə, həmçinin regionda geofiziki və geoloji tədqiqatların tarixinə xüsusi diqqət yetirilib. Stratiqrafik, maqmatik, geomorfoloji, litoloji, tektonik, neotektonik, geofiziki məlumatların inteqrativ analizi vasitəsilə Azərbaycanın yer səthi və dərin geoloji strukturunun kombinə və kompleks interpretasiyası təqdim olunub.

Kitabın müəlliflərindən biri, akademik Fəxrəddin Qədirov elmi ictimaiyyətin nəşrə olan marağını nəzərə alaraq əsər barədə AZƏRTAC-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- “Azərbaycanın geologiya elmləri. Birinci cild: Geologiya” kitabının “Springer” beynəlxalq nəşriyyatı tərəfindən çap olunması elmimiz üçün çox böyük hadisədir. Kitab haqqında məlumat verməyinizi xahiş edirik.

-Sovet dövründə Yer elmləri sahəsində Azərbaycanın beynəlxalq aləmə çıxması üçün böyük bir boşluq yaranmışdı. “Azərbaycanın geologiyası” kitabı ilk dəfə ötən əsrin 60-70-ci illərində “SSRİ-nin geologiyası” kitabının tərkibində təqdim edilmişdi. Amma həmin illərdən sonra Azərbaycanda yeni metodlarla çoxlu sayda tədqiqatlar aparılmış və onların heç biri kitablarda, monoqrafiyalarda dərc olunmamışdı. Bu tədqiqatlar yalnız məqalələrdə əksini tapırdı. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin bu məsələyə xüsusi diqqət göstərməsi elmi tədqiqatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində irəliləyişlərə səbəb oldu. Hələ 1990-cı illərdə Azərbaycan müstəqilliyini yeni bərpa elədiyi bir dövrdə akademik A.Əlizadə Azərbaycanın geologiyasının yeni nəşrinin hazırlanmasını qarşıya məqsəd qoydu. İnstitutumuzun bütün qabaqcıl alimləri bu işə qoşuldular və biz doqquz cilddən ibarət “Azərbaycan geologiyası” kitabını rus dilində nəşr etdirdik. Əlbəttə ki, bu da Azərbaycanda Yer elmləri sahəsində önəmli hadisə idi. Tezliklə bu çoxcildlik böyük əks-səda doğurdu, ona böyük tələbat yarandı və bu kitabdan post-sovet məkanında geniş miqyasda istifadə etməyə başladılar. Daha sonrakı dövrdə akademik A.Əlizadə bu nəşrin ingilis dilində buraxılması məsələsini qarşıya qoydu. Çünki bir çox xarici nəşrlərdə, kitablarda Azərbaycan alimlərinin xeyli işlərinin olmasına baxmayaraq onlara çox az istinadlar edilir. Bunun da əsas səbəbi ingilis dilində monoqrafiya və məqalələrin az olması idi. Biz 2008-ci ildən bu barədə düşünməyə başladıq və “Azərbaycanın geologiya elmləri” kitabının ingilis dilində variantını hazırladıq. Bu, ilkin variant idi və ona çoxlu sayda rəylər alınmışdı. “Springer” nəşriyyatında kitab çap etdirmək o qədər də asan məsələ deyil. Bu nəşriyyatda çapa təqdim olunan əsərdə göstərilən qrafiklərə, kəsilişlərə, xəritələrə, hər mətnə, hər sözün mənasına, istinadların olmasına çox ciddi yanaşılır. Minnətdarlıq hissi ilə qeyd etmək istərdim ki, bu kitabın ərsəyə gəlməsində nəşriyyatdakı redaktorların çox böyük rolu olub. Onlar ingilis dilində olan bəzi anlaşılmaz hissələri yenidən işləmək üçün bizə göndərirdilər. Nəticədə, göründüyü kimi, çox gözəl, nəfis tərtibatlı bir kitab alınıb. Yeri gəlmişkən, bizə bu kitabın yazılmasında köməklik göstərən həmkarlarımıza - Massaçusets Texnologiyalar İnstitutunun professoru R.Reilingere, akademik A.İsmailzadəyə, AMEA-nın müxbir üzvləri T.Kəngərliyə, E.Əlizadəyə, Ə.Feyzullayevə, Q.Yetirmişliyə, Ç.Əliyevə və professorlar Y.İsrafilova, A.Muxtarova bir daha təşəkkürümüzü bildiririk.

- Nəşrdə geologiya elminin hansı istiqamətləri təqdim olunur? Azərbaycan elminin dünyaya inteqrasiyasında bu kitabın əhəmiyyəti barədə nə deyərdiniz?

-“Springer” nəşriyyatı “Regionların geologiyası” seriyasını buraxır. Burada da bir boşluq hiss olunurdu. “Azərbaycanın geologiya elmləri” bölməsi, demək olar ki, yox idi. Bunun nəticəsi olaraq, xarici mütəxəssislər Azərbaycanın geologiyası ilə bağlı gürcü, rus və erməni alimlərinə istinadlar edirdilər. Lakin indi bu istinadların ünvanı dəyişib və çox şadıq ki, artıq Azərbaycan alimlərinin yazdıqları kitablara birbaşa istinadlar olacaq. Bu kitabları əldə etmək üçün dünyanın müxtəlif ölkələrindən redaksiyaya və bizə artıq çoxlu sayda müraciətlər olub. Hesab edirik ki, bu, Azərbaycan elmi üçün uğurlu bir başlanğıcdır. AMEA Yer Elmləri Bölməsinin planında başqa monoqrafiyaların da ingilis dilində hazırlanıb çap edilməsi qarşıya məqsəd qoyulub. Nəşr olunmuş bu kitablarda geologiya, geofizika, tektonika, paleontologiya, stratiqrafiya üçün ümumiləşdirilmiş bir cild hazırlamışıq, lakin gələcəkdə bu sahələrin hər biri üzrə ayrıca monoqrafiyaların ingilis dilində hazırlanmasına artıq indidən başlamışıq. Bu da Azərbaycan elmi üçün çox böyük bir addım olacaq. Azərbaycanda müstəqilliyin bərpasından sonra elmə göstərilən dövlət qayğısı qarşımıza qoyduğumuz bu məqsədə də çatmağımız üçün böyük stimul yaradır. İndi bu bizim üçün o qədər də çətin deyil. Çünki hazırda ingilis dilini yaxşı mənimsəmiş çoxlu sayda aspirantlarımız, magistrlərimiz var. AMEA magistraturaya yalnız ingilis dilini bilənləri qəbul edir. Minimum imtahanlarında da xarici dili bilməklə bağlı böyük tələb qoymuşuq. Biz bunu ona görə edirik ki, artıq öz monoqrafiyalarımızla, məqalələrimizlə dünya elminə inteqrasiya edək. Tədqiqatlar aparıb nəticələri özümüzdə saxlamaq dünyada tanınmağımıza imkan vermir. Amma ingilis dilində monoqrafiyaların və məqalələrin çap olunması dünya elminə inteqrasiya olunmağımızın ən əsas şərtlərindəndir. İnanıram ki, nəinki Yer Elmləri Bölməsi, digər institutlar da bizim başladığımız bu işi davam etdirəcək və çox qısa zamanda AMEA-nın apardığı tədqiqatlara, Azərbaycan elmində, o cümlədən universitetlərdə aparılan tədqiqatlara dünya elmində böyük ehtiyac duyulacaq, onlara istinadlar çoxalacaq.

- “Azərbaycanın geologiyası” kitabının neçə cilddə hazırlanması nəzərdə tutulub?

-Kitab iki cilddən ibarətdir. Birinci cild, qeyd etdiyim kimi, geologiyaya həsr olunub. Burada əsasən geomorfologiya, stratiqrafiya, litologiya, maqmatizm, tektonika, neotektonika, palçıq vulkanizmindən bəhs edən hissələr yer alıb. Kitabın birinci cildi geologiya və ətraf mühit elmləri sahəsində fəaliyyət göstərən tədqiqatçılar üçün nəzərdə tutulub. Bundan əlavə, nəşr Azərbaycanda baş verən təbii hadisələr barədə məlumat almaq istəyən şəxslərin də köməyinə çatacaq. Bu kitab Böyük və Kiçik Qafqaz dağları, Talış dağları, Xəzər və Kür hövzələri də daxil olmaqla, unikal tektonik və geoloji quruluşu ilə xarakterizə olunan Azərbaycan geologiyasının çoxşaxəli və multidisiplinar perspektivlərini əhatə edir. Mühüm geoloji və geofiziki məlumatlar tədqiq olunan region çərçivəsində Yerin təkamül prinsipləri, seysmik fəallığı və faydalı qazıntı yataqlarının paylanmasını işıqlandırır. Xüsusi diqqət regionun geoloji və geofiziki tədqiqi tarixinə yönəldilib. Yalnız Rusiya və Azərbaycanda dərc edilən yox, həmçinin ümumilikdə yeni geoloji məlumatları birləşdirən stratiqrafik, maqmatik, morfoloji, litoloji, tektonik, neotektonik, geofiziki və digər məlumatların inteqrativ təhlili əsasında Azərbaycanın səthə yaxın və dərin geoloji strukturunun birgə, kompleks şərhi mümkün olub. Birinci cild geologiya və ekologiya elmləri ilə məşğul olan tədqiqatçılarla yanaşı, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən Azərbaycanın təbii fenomenləri, unikal geologiyası haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı ola bilər.

Nəşrə hazırlanan ikinci cild isə Azərbaycanın faydalı qazıntıları, neft-qaz sahələri və bu sahəyə aid olan tədqiqatlar, geodinamik tədqiqatları hövzə modelləşdirilməsi məsələləri, mühəndislik geoloji geofizikası məsələləri, ekologiya problemləri barədə məlumatları özündə cəmləşdirib.

Kitabın ikinci cildində faydalı qazıntılar, neft-qaz bölməsi, geodinamik məsələlər haqqında məlumatların verilməsi nəzərdə tutulur ki, bunların da ölkədə müxtəlif təşkilatların istifadəsi üçün faydalı olacağına inanırıq.

Belə ki, ikinci cild Azərbaycanın su ehtiyatları və əsas iqtisadi səmərəli yataqları haqqında icmalı təqdim edir, səthə yaxın və ətraf mühit xüsusiyyətlərinin və regionun tektonik-geofiziki zonallığının tədqiqi üçün geofiziki metodların (yerüstü, atmosfer, dəniz və kosmik) tətbiqini, eyni zamanda, hidrokarbon və filiz yataqlarının (polimetal, mis, qızıl tərkibli, dəmir filizi, maqnetit və s.) araşdırılması üçün dərin strukturların tədqiqini təsvir edir. Burada, xüsusilə Ərəbistan və Avrasiya litosfer plitələrinin qarşılıqlı əlaqəsinə aid regionda seysmik fəallığın geofizikasının müəyyənləşdirilməsinə yönəldilib. Kitab Azərbaycan yataqlarının kommersiya potensialında və palçıq vulkanizminin analiz edilməsi üçün müxtəlif geofiziki metodların (cazibə qüvvəsi, maqnit, seysmik, istilik, elektrik, elektromaqnit və s.) tətbiqində, yeraltı strukturun (hidrogeoloji problemlər, əvvəlki iqlim və arxeoloji tədqiqatların müəyyənləşdirilməsi daxil olmaqla) öyrənilməsində, tədqiq olunan regionun dərin tektonik-quruluş xüsusiyyətlərinin müəyyənləşdirilməsində, mədənçilik, neft və qaz geofizikası, 3D fiziki-geoloji modellərin və seysmoloji proqnozların inkişafında maraqlı olan alimlər, mühəndislər və tələbələr üçün nəzərdə tutulur.

-Kitabın müəllifləri barədə məlumat verməyinizi xahiş edirik.

-Kitab dörd müəllif tərəfindən birgə hazırlanıb. Nəşrdə müəlliflər haqqında qısa məlumat verilib. Akademik A.Əlizadə bu sahədə dünyada tanınmış alimdir, çoxlu əsərlərin müəllifidir. Rusiyanın bir sıra klassik dərsliklərində A.Əlizadənin paleotologiyada etdiyi kəşflər əksini tapib. Onun neft sahəsində də çox böyük tədqiqatları var. Həmçinin digər sahələrlə, o cümlədən Qafqazın tektonikası ilə də məşğul olub. İkinci müəllif dərində yerləşən neft yataqlarının öyrənilməsi, hövzə modelləşdirilməsi sahəsində və qazohidratlar sahəsində tanınmış alim, akademik İbrahim Quliyevdir. Üçüncü müəllif mənəm. Digər müəllif Lev Lev Eppelbaum əslən bakılıdır, vaxtilə bizimlə işləyib, indi isə İsrailin Təl-Əviv Universitetinin professorudur, Azərbaycanın geoloji-geofiziki sahələrinin öyrənilməsində çox böyük xidmətləri olub. Kitabın hazırlandığı müddətdə ayda heç olmasa üç gün toplaşır, fikirlərimizi müzakirə edirdik, daha sonra internet vasitəsilə müzakirələr aparırdıq. Bu kitabın yazılması heç də asan başa gəlməyib. Burda başqa tədqiqatçıların da əsərlərindən istifadə etməyimiz məsuliyyətimizi daha da artırırdı. Biz çalışmışıq ki, kitabın ədəbiyyat hissəsində də Azərbaycanda aparılan tədqiqatlara daha çox yer ayıraq. Hər ölkənin elmi reytinqi hesablananda bir çox amillər gözdən keçirilir. Bu amillərdən ən birincisi əsərlərə olan istinadlardır. Alimlərimizin işinə nə qədər çox istinad olarsa elmi cəhətdən reytinqimiz də bir o qədər yüksək olar. Prezident İlham Əliyev Azərbaycan alimləri qarşısında belə bir məqsəd qoyub ki, ölkəmiz iqtisadi cəhətdən bölgədə birinci olduğu kimi elm sahəsində də birinci olmalıdır. Şərqi Avropa ölkələri arasında Azərbaycanın reytinqi 2013-cü ildən bəri bir xeyli irəliləyib. Əminəm ki, ölkə Prezidentinin qarşımızda qoyduğu məqsədə çatmaqda “Springer” nəşriyyatında çapdan çıxan “Azərbaycanın geologiya elmi” kitabının da böyük rolu olacaq. AMEA-nın digər bölmələri də bu yolla getməlidirlər. Biz ingilis dilində çoxlu sayda məqalələr çap etdirməliyik. Eyni zamanda, bu məqalələr Azərbaycan dilində də elmi ictimaiyyətə təqdim olunmalıdır. Qeyd etmək istərdim ki, “Yer Elmləri Bölməsinin Xəbərləri” jurnalında iki versiyada yazılar verilir: Azərbaycan-rus dilləri versiyası və ingilis dili versiyası.

Akademik A.Əlizadə Azərbaycan tələbələrini də yaddan çıxarmır. Onun tapşırığı ilə biz qısa müddətdə üç cildən ibarət “Azərbaycan geologiyası” kitabını çap etdirib bütün universitetlərə paylamışıq. Həmin kitabın elektron variantını bəzi universitetlərin elektron kitabxanalarına hədiyyə etməyi də nəzərdə tutmuşuq. Əminliklə deyə bilərəm ki, bu istiqamətdə addımlarımız davam edəcək və gələcəkdə yeni monoqrafiyalarımız nəşr olunacaq.

“Azərbaycan geologiyası” kitabının ərsəyə gəlməsində əməyi olanlara dərin təşəkkürümü bildirirəm. İnanıram ki, elmimizin dünyaya inteqrasiyasında bu kitabın böyük rolu olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub