Akademik Şahin Mustafayev Türkiyə Tarix Qurumunun prezidenti ilə görüşüb
Bakı, 31 avqust, AZƏRTAC
Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev Ankarada Türkiyə Tarix Qurumunun prezidenti professor Yüksel Özgen ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Akademiyasından məlumat verilib. Bildirilib ki, görüş zamanı təşkilatlar arasında daimi tərəfdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Akademik Ş.Mustafayev rəhbərlik etdiyi qurumun hazırkı işi barədə məlumat verib, türk xalqlarının tarixinin öyrənilməsi ilə bağlı fikirlərini bölüşüb.
Y.Özgen Beynəlxalq Türk Akademiyasının elmi əməkdaşlıq çərçivəsində təşəbbüslərini dəstəkləməyə hazır olduğunu bildirib.
Görüşün sonunda Ş.Mustafayev Akademiya tərəfindən hazırlanmış Türk Dünyası Tarix və Mədəniyyət Atlasını professor Y.Özgenə təqdim edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [20:53]
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
- 04.06.2026 [18:38]
Milli mətbəx və dini inanc - Folklor İnstitutunda seminar
- 04.06.2026 [18:20]
AMEA Türk dünyası və özəl sektorla texnoloji tərəfdaşlığı genişləndirir
- 04.06.2026 [18:09]
BDU-da aparılan elmi tədqiqatlar aqrar sahədə dayanıqlı inkişafa xidmət edir
- 04.06.2026 [17:36]