AKİ 2026-cı ildə də “Kinosəyyah” proqramı çərçivəsində kinematoqrafçılara dəstəyini davam etdirəcək
Bakı, 5 yanvar, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləməyə davam edir. Məhz bu məqsədlə yaradılmış “Kinosəyyah” proqramı çərçivəsində geridə qoyduğumuz 2025-ci ilin 4-cü rübündə AKİ-nin maliyyə dəstəyilə rejissorlar Amil Məmibəyli (Türkiyə), Ələmdar Faiq (Çexiya), İmaməddin Həsənov (Niderland) və Ülviyyə Əhmədova (Estoniya) beynəlxalq filim festivallarında ölkəmizi təmsil ediblər.
Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Bildirilib ki, AKİ Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası, həmçinin beynəlxalq əlaqələrin inkişafı və yerli kinematoqrafçıların peşəkarlığının artırılmasını əsas məqsədlərindən biri hesab edir. Bütün bunların reallaşmasında beynəlxalq tədbirlərdə, kino təlimlərində iştirak vacib rol oynayır. Bu məqsədlə, AKİ 2026-cı ildə də “Kinosəyyah” proqramı çərçivəsində kinematoqrafçılarımızın beynəlxalq tədbirlərdə iştirakını dəstəkləməyi planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [17:48]
“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub
- 04.06.2026 [17:34]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
- 04.06.2026 [17:17]
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalında klassik musiqi günü
- 04.06.2026 [14:53]
Ankarada Qərbi Azərbaycan və Qarsın geyim ənənələri təqdim edilib
- 04.06.2026 [13:39]
Azərbaycanlı müəllifin əsəri Qərbi Sibir səhnəsində
- 04.06.2026 [12:20]