DÜNYA
“Akınçı” pilotsuz uçuş aparatı hündürlük rekordunu yeniləyib VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Türkiyənin Ukrayna mühərrikli “Akınçı B” pilotsuz uçuş aparatı (PUA) hündürlük rekordunu yeniləyib.
AZƏRTAC Ukrinform agentliyinə xəbər verir ki, bunu Baykar Makina kompaniyasının texniki direktoru Selcuk Bayraktar bildirib. Onun sözlərinə görə, “Akınçı B” PUA-sı hündürlüyə uçuş sınağından keçib. Aparat 35 min fut hündürlüyə qalxıb ki, bu da 10,7 kilometrə yaxındır.
Xatırladaq ki, 2021-ci il noyabrın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkənin iki kompaniyasının - “İvçenko-proqress” dövlət müəssisəsi və “Motor Siç” səhmdar cəmiyyətinin Türkiyədə istehsal olunan pilotsuz uçuş aparatları üçün mühərriklərin tədarükü üzrə müqaviləni imzaladığı barədə məlumat vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [20:01]
Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]