Aksiya iştirakçısı: Təbii sərvətlərimizin talanıb daşınmasına göz yuma bilmirik
Şuşa, 16 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC
Bu gün beşinci gündür ki, Laçın-Şuşa yolunda aksiyamız davam edir. Aksiyamız təbii sərvətlərimizin qeyri-qanuni istismarının qarşısının alınması ilə bağlıdır. Sərvətlərimizin talanıb daşınmasına göz yuma bilmirik. Ermənistanın ekoloji terrora son qoymasını tələb edən şüarlar səsləndiririk. Hər kəsdə coşqu, böyük ruh yüksəkliyi var. Vətəndaşlarımız aksiyaya qoşulmaqda maraqlıdırlar. Çünki yolumuz haqq yoludur.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Arzu Əliyeva deyib.
A.Əliyeva fikirlərinə belə davam edib: “Azərbaycanın təbii sərvətlərinin 30 ildən çox müddətdə talanmasına son verilməsinin vaxtıdır. Tələbimiz monitorinqin keçirilməsinə icazənin verilməsidir. Təəssüf ki, müxtəlif bəhanələrlə tələblərimizə beş gün ərzində cavab verilməyib. Ona görə də monitorinqin keçirilməsinə icazə verilənə qədər aksiyanı davam etdirəcəyik. Heç bir qüvvə bizi buradan uzaqlaşdıra bilməz. Aksiyanın davam etdirilməsində maraqlıyıq, məqsədimizə çatana qədər buradayıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]