Aksiya iştirakçısı: Yeraltı sərvətlərin yağmalanmasını qəbul edə bilmərik
Şuşa, 16 dekabr, Ziyadxan Həsənov, AZƏRTAC
Artıq neçə gündür ki, vətəndaş cəmiyyəti, QHT-lərin yüzlərlə üzvü, gənc fəallar və könüllülər qarlı-şaxtalı havada Qarabağa yollanaraq Xankəndiyə gedən yolun üstündə fasiləsiz olaraq dinc aksiya keçirirlər. Aksiyamız dinc xarakterlidir. Biz ermənilərin Azərbaycan torpağının sərvətlərini talan etməsinə, ekoloji terrora yox deyir və Rusiya sülhməramlılarından ekspertlərin monitorinq aparmaları üçün “Qızılbulaq” və “Dəmirli” yataqlarına getmələrinə şərait yaradılmasını istəyirik.
Bunu AZƏRTAC-a müsahibəsində aksiyada iştirak edən “Nəqliyyat könüllüləri” proqramının iştirakçısı Cəmilə Ələkbərli deyib.
Aksiya iştirakçısı bildirib ki, ermənilərin təbii sərvətlərimizi qanunsuz istismar və talan etməsi nəinki ətraf mühit sahəsində fəaliyyət göstərənləri, vəzifəsindən, peşəsindən asılı olmayaraq hər kəsin ciddi narazılığına səbəb olub: “Yaşından, işindən, tutduğu mövqedən asılı olmayaraq Şuşa-Laçın yolunda ekoloji özbaşınalığa son qoyulmasını və bu sahədə qayda-qanun yaradılmasını tələb edən vətəndaşların də tələbi bundan ibarətdir. Ekoloji yataqlar ümummilli sərvətdir və onun yağmalanmasına və daşınmasına yol verə bilmərik. Məsələnin dinc şəraitdə həllini tələb edir və ədalətin bərqərar olmasını gözləyirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]