Aleksandar Vuçiç: Avropanın böhrandan çıxması vacibdir
Belqrad, 5 dekabr, AZƏRTAC
Avropa ölkələrinin mövcud böhrandan çıxması çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
“İnanıram ki, Almaniya bəzi Avropa ölkələrindən daha sürətlə böhrandan çıxacaq. Bu, Serbiya üçün də əhəmiyyət daşıyır. Çünki Almaniya Serbiyanın şərq bölgəsinə, çip fabriklərinə böyük sərmayə yatırıb. Almaniyanın 2025-ci il olmasa da, 2026-cı ildə böhrandan çıxacağına inanıram. Avropanın daha az danışılan digər hissəsi isə pis istiqamətdə gedir”, - deyə Aleksandar Vuçiç əlavə edib.
Serbiya Prezidenti Almaniyanın vaxtilə “Avropanın xəstə adamı” olduğunu, ancaq “sağalaraq” Avropanın super dövlətinə çevrildiyini bildirib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [13:17]
Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək
- 06.10.2026 [13:09]
Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ VİDEO
- 06.10.2026 [11:44]