İQTİSADİYYAT
Aleksandr Novak: Qlobal neft bazarında sabitliyin bərpası üçün konstruktiv yanaşmaya davam etmək vacibdir
Bakı, 1 aprel, AZƏRTAC
Qlobal neft bazarında sabitliyin bərpası üçün konstruktiv yanaşmaya davam etmək vacibdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin 15-ci videogörüşündə deyib.
A.Novak “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçısı olan 23 ölkənin neft bazarında sabitliyin qaytarılmasını sürətləndirmək üçün göstərdiyi səylərin əhəmiyyətini qeyd edib. O, qlobal neft bazarında sabitliyin bərpası üçün bu konstruktiv yanaşmaya davam etməyin vacibliyini vurğulayıb.
“Peyvənd kampaniyaları nəticələr verir və bu, bazarda nikbinlik yaradır. Eyni zamanda, yeni virus dalğaları fonunda çox diqqətli olmalıyıq. Bugünkü iclas bazar şərtlərini və son inkişafları nəzərdən keçirməyə yönəlib”, - deyə A.Novak əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]