Ali Pervaiz Malik: Pakistan hazırda enerji səmərəliliyinə yönəlmiş strategiya hazırlayır VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
Pakistan hazırda enerji səmərəliliyini və qənaətini artırmağa yönəlmiş bütöv bir strategiya hazırlayır.
AZƏRTAC xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Pakistanın federal enerji naziri (neft divizionu) Ali Pervaiz Malik deyib.
"Biz daha çox inklüziv, dayanıqlı pradiqmaya, daha çox sənayeləşdirməyə doğru gedirik. Çalışmalıyıq ki, enerji siyasətimizi əlaqəli edək. Pakistanda 150 böyük enerji şəbəkəsi var. Ən böyük narahatlıq doğuran məsələ qaz sektorunu dayanıqlı etməkdir", - deyə Pakistanın enerji naziri vurğulayıb.