Ali Rada ölkədə rus dilindən istifadəni məhdudlaşdırmaq istəyir
Bakı, 26 dekabr, AZƏRTAC
Ukraynada parlamentarilər rus dilindən istifadənin daha da məhdudlaşdırılmasına yönəlmiş qanun layihəsi hazırlayırlar.
AZƏRTAC xəbər verir ki, Ali Rada rus dilinin bütün sahələrdə istifadəsini minimuma endirmək istəyir. Deputatlar hökumətdən bununla bağlı qanunvericiliyi sərtləşdirməyi xahiş edirlər.
Nazirlər Kabinetinə tövsiyə olunub ki, Ukrayna dili məkanının mühafizəsinin gücləndirilməsinə və rus dilinin istifadəsinin qarşısının alınmasına yönəlmiş qanun layihələri hazırlayıb Radaya təqdim etsin.
Radanın saytında dərc edilmiş bəyanatda deyilir ki, qanun layihəsi Ukrayna media məkanında rusdilli materialların müəyyən edilməsi və bloklanması texnologiyalarının tətbiqini nəzərdə tutur. Bundan əlavə, ailələrdə və uşaqların tərbiyəsində Ukrayna dilinin ünsiyyət dili olmasını nəzərdə tutan siyasətin tətbiqi, həmçinin dil siyasətinin pozulmasına görə cəzalar təklif olunur.
Təklif edilən yeniliklərin bir hissəsi isə biznes və hüquq sferasına aiddir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [23:50]
Tramp İsrail və İran arasındakı gərginlik barədə məlumatlandırılıb
- 07.06.2026 [23:04]
Gürcüstanda baş verən qəzada 5 nəfər həyatını itirib
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]