Ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti uzadılıb
Bakı, 6 oktyabr, AZƏRTAC
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyat müddəti oktyabrın 12-dək uzadılıb.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər oktyabrın 12-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.
Abituriyentlər ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb edilən sənədlər və onlayn qeydiyyat forması ilə tanış ola bilərlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [10:53]
Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır
- 28.09.2026 [18:55]
Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb
- 28.09.2026 [18:26]
Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]