Alimlər Antarktidada qəfil istiləşmədən ehtiyat edirlər
Bakı, 8 sentyabr, AZƏRTAC
Alimlər Antarktidanın iqlim modellərinin proqnozlaşdırıldığı kimi iki dəfə sürətlə istiləşməsinə dair birbaşa sübutlar tapıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Guardian” bildirib.
“Qitənin qərb hissəsində temperaturun kəskin artması qeydə alınıb - bölgə iqlim dəyişikliyinə ən həssas bölgə hesab olunur, çünki buzlar ərisə, dəniz səviyyəsi bir neçə metr qalxa bilər. Klimatoloqlar çoxdan qəbul ediblər ki, qütb zonaları planetin digər hissələrinə nisbətən qlobal istiləşməyə daha həssas olacaq. Ancaq əvvəllər yalnız Arktika ilə bağlı sürətlənmiş istiləşmədən danışırdılar”, -deyə məlumatda qeyd olunur.
Fransadakı İqlim və Ətraf Mühit Elmləri Laboratoriyasının alimi Mathieu Casado və həmkarları 78 buz nüvəsini tədqiq edərək, bölgədə temperaturun əhəmiyyətli dərəcədə dəyişməsini qeydə alıblar. İqlimşünaslar belə qənaətə gəliblər ki, Antarktida on il ərzində 0,22-0,32 dərəcə istiləşib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]
Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb
- 30.09.2026 [05:09]
“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [23:44]
Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub
- 29.09.2026 [23:24]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [22:08]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [22:05]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [21:47]
Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub
- 29.09.2026 [21:35]