Alimlər iqlim kataklizmlərinin sirrini öyrəniblər
Bakı, 10 dekabr, AZƏRTAC
Planetimizin tarixində dəfələrlə ciddi iqlim kataklizmləri baş verib. Massaçuset Texnoloji İnstitutunun (MIT) əməkdaşları Yer kürəsinin bütün bu hadisələrdən sonra necə salamat qalmasını aydınlaşdırıblar. Məlum olub ki, bizim planetdə “əks əlaqəni sabitləşdirən” bir mexanizmi var. Bu mexanizm yüz min illər ərzində ekstremal iqlim dəyişmələrini tarazlaşdırır və bütün dünyada temperaturu həyat üçün münasib normaya qaytarır.
AZƏRTAC xarici kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, MIT əməkdaşları son 66 milyon il ərzində orta qlobal temperatur haqqında paleoiqlim məlumatlarını təhlil ediblər. Həmin məlumatların riyazi analizi nəticəsində maraqlı bir qanunauyğunluq aşkar edilib: Yer kürəsinin temperatur dəyişmələri yüz min illər ərzində tarazlaşır.
Ekspertlər daha əvvəl müşahidə ediblər ki, Yer kürəsinin karbon tsiklində iqlimi sabitləşdirə biləcək bir naməlum effekt var. İndi alimlər həmin effektin təbiətini aşkar ediblər. Tədqiqatın gedişində qədim dağ süxurlarının kimyəvi analizi göstərib ki, hətta ciddi temperatur dəyişmələri zamanı da planetimizin ətraf mühitində karbonun miqdarı kifayət qədər sabit qalır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]