Azərbaycan Dövlət İnformasiya Agentliyi

Alma bağlarının sığortasına başlanılıb

Alma bağlarının sığortasına başlanılıb

Bakı, 11 mart, AZƏRTAC

Saxlanma və yetişdirilmə şərtlərinə görə sərfəli meyvə hesab olunan almaya tələbat ilboyu azalmır. Vitaminlə zənginliyi, quru və təzə halda, həmçinin şirə şəklində istifadə etmək imkanı bu meyvənin son 20 ildə bütün dünyada istehsalının 67 faiz artmasına səbəb olub. Almanın dünyada 20 mindən çox növü yetişdirilir, bunlardan 300-ə yaxını Azərbaycanda becərilir. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda 27,7 min hektar alma bağı var, bunun da 11,7 min hektarını intensiv və superintensiv bağlar təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, alma Azərbaycanın bütün bölgələrində əkilsə də meyvəçilik regionu kimi məşhur olan Quba-Xaçmaz iqtisadi rayonu alma istehsalında liderdir. Belə ki, Azərbaycanda alma bağlarının 19 min hektarı, yəni təqribən 70 faizi bu bölgənin payına düşür. Ölkədəki intensiv və superintensiv alma bağlarının isə 96 faizi məhz Quba-Xaçmaz bölgəsindədir. Təkcə Quba rayonunda 11,6 min hektar, Qusarda 4,3 min hektar, Xaçmaz rayonunda isə 2,6 min hektar alma bağı var. Bundan əlavə, Gədəbəy, Şabran, İsmayıllı, Şərur, Balakən, Zaqatala, Qax, Qəbələ, Şəki də alma yetişdirilməsinə görə seçilən rayonlardandır.

Alma Azərbaycandan ən çox ixrac olunan, ölkəyə böyük həcmdə gəlir gətirən meyvələrdəndir və bu məbləğ ildən-ilə artmaqdadır. Belə ki, 2021-ci ildə Azəraycandan xaricə ümumi dəyəri 37,4 milyon dollar olan 66,8 min ton alma ixrac edilib. 2022-ci ildə ixracın həcmi 82,3 min ton, ümumi dəyəri 52 milyon dollar təşkil edib. 2023-cü ildə isə xaricə 91,2 min ton alma ixrac edilib, ümumi gəlir 57,2 milyon dollar olub.

Gəlirli sahə olduğundan alma bağlarına maraq artmaqdadır. Alma ağacları üçün əsas risklər - dolu, fırtına, qasırğa, şaxtavurma, müxtəlif növ zərərvericilər və bitki xəstəlikləridir. Azərbaycanda dövlət dəstəyi ilə tətbiq olunan aqrar sığorta mexanizmi vasitəsilə 41 bitkini, o cümlədən alma bağlarını çoxsaylı risklərdən sığortalamaq mümkündür. Sərfəli şərtlərlə fermerlərə təklif olunan sığorta zərflərində alma məhsulunu təbiət hadisələri, sel-subasma, dolu, qasırğa-fırtına, normadan artıq qar yağıntıları, yanğın, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq nəzərdə tutulub. Bundan başqa, əlavə olaraq alma bağlarını dolu, keyfiyyət itkisi, şaxtavurma, müxtəlif bitki zərərvericiləri və xəstəliklərdən qorumaq mümkündür.

Aqrar sığorta haqqının 50 faizini fermerlərə dəstək üçün dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə alma bağlarını sığortalaya bilərlər. Məsələn, Quba-Xaçmaz regionunda 1000 manatlıq alma məhsulunu baza sığorta zərfi ilə sığortalamaq fermerə cəmi 18,4 manata başa gəlir. Meyvə bağlarının geniş yayıldığı Mərkəzi Aran regionunda (Göyçay, Ağdaş, Kürdəmir və sair) bu rəqəm 16,5 manat, Dağlıq Şirvan regionunda isə (İsmayıllı, Şamaxı və sair) 22 manat təşkil edir.

Hazırda alma bağlarının sığorta mövsümüdür, sığorta prosesi mart-aprel aylarında həyata keçirilir. Çiçəklənmə dövründə baş verən risklər, müxtəlif təbiət hadisələri meyvənin keyfiyyətinə, məhsulun miqdarına təsir etdiyindən fermerlərin bu müddət ərzində aqrar sığorta imkanından istifadə etməsi tövsiyə olunur.

Qeyd edək ki, dövlətin güzəştli şərtlərlə təklif etdiyi aqrar sığorta mexanizmindən hər il yüzlərlə fermer faydalanır. Təkcə 2023-cü ildə təsərrüfatlara dəyən zərərlərə görə, fermerlərə 4,4 milyon manat sığorta ödənişi edilib, bu məbləğ hər gün artmaqdadır. Alma bağlarının sığorta şərtləri və sığorta haqları barədə daha geniş məlumatı Aqrar Sığorta Fondunun 1651 çağrı mərkəzinə müraciət etməklə, eləcə də Fondun www.asf.gov.az rəsmi internet səhifəsi və səhifədəki “Sığorta kalkulyatoru” vasitəsilə əldə etmək olar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir