Alman nəşri Qara Yanvar haqqında məqalə dərc edib
Berlin, 21 yanvar, AZƏRTAC
Almaniyanın “Freitag.de” nəşrində həmyerlimiz Asif Məsimovun “Bakıda Qara Yanvar” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 31 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeridilməsindən bəhs edilir. Bildirilir ki, bu hadisə nəticəsində 147 nəfər öldürülüb, 744 mülki şəxs yaralanıb. Müəllif yazır ki, ittifaq respublikasının paytaxtında sovet qoşunlarının törətdiyi amansız qətliam azərbaycanlıların yaddaşına Qara Yanvar kimi həkk olundu. Bu hadisə Azərbaycan sakinlərinin şüurunda dönüşə çevrildi və onların müstəqilliyə olan səylərini əvvəlcədən müəyyən etdi.
Müəllif qeyd edir ki, bu gün 20 Yanvar azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Bu gün azərbaycanlıların ədalətə və azadlığa ümidini, həmçinin xalqın zülmə qarşı və müstəqillik uğrunda mübarizəsini təcəssüm etdirir.
Asif Məsimov vurğulayır ki, bu tarixi hadisə bu gün milləti dəmir yumruq kimi birləşdirən milli identikliyin formalaşmasında həlledici olub.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]
Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub
- 28.09.2026 [23:56]
Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb
- 28.09.2026 [23:04]
Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb
- 28.09.2026 [22:45]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [21:15]
Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
- 28.09.2026 [20:14]