Almaniya-Azərbaycan Forumu ilə qrant müqaviləsi imzalanacaq
Şuradan AZƏRTAC-a bildirilib ki, imzalanma mərasimində Alman-Azərbaycan Forumunun idarə heyətinin sədri, Alman Mərkəzi Sənətkarlar Birliyinin keçmiş baş katibi, sabiq dövlət katibi Hans-Eberhard Şlayer, Bundestaqın deputatı, Almaniya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Karin Ştrents, “Almaniya-İsrail Cəmiyyəti”nin sədri Raynold Robben, Alman-Azərbaycan Forumunun baş katibi, keçmiş dövlət katibi Mixael Andreas Buts və başqalarının iştirakı gözlənilir.
Qeyd edək ki, Almaniya-Azərbaycan Forumunun əsas məqsədi Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin gücləndirilməsidir.