Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Almaniya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb

Almaniya ictimaiyyəti Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı həqiqətlər barədə məlumatlandırılıb

Berlin, 2 may, AZƏRTAC

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov bu ölkənin “Eurasia News” xəbər portalına müsahibəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın TAP və TANAP layihələrində iştirakı, qonşu dövlətlərlə münasibətləri, eləcə də ölkəmizin Qərb mətbuatında obyektiv təqdim olunması üçün görülən işlərə dair suallara cavab verib.

“Aprelin əvvəlində alovlanan “dondurulmuş” münaqişənin yenidən müharibəyə çevrilməsi təhlükəsi nə dərəcədə böyükdür?” sualına cavabında səfir deyib: “1994-cü ildən Ermənistan ilə atəşkəsin əldə olunmasına baxmayaraq, atəşkəsin pozulması halları daim baş verir. Biz atəşkəs barədə saziş imzalanandan etibarən təəssüflər olsun ki, aprelin əvvəlində çoxlu sayda insan ölümü ilə nəticələnən ən böyük qarşıdurmanın şahidi olduq. 2016-cı il aprelin 5-də Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəislərinin iştirakı ilə atəşkəs barədə yenidən razılıq əldə olundu. Amma bu hadisələr açıq şəkildə Dağlıq Qarabağ münaqişəsinin “dondurulmuş” münaqişə olmadığını göstərir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının işğalı və azərbaycanlı dinc sakinlərin həyatının təhlükə altında olması davam etdikcə münaqişə istənilən zaman yenidən alovlana bilər. Bu münaqişə Cənubi Qafqazın sabitliyi və təhlükəsizliyi üçün ciddi təhlükədir”.

Münaqişənin alovlanmasına guya üçüncü dövlətlərin səbəb olması haqda gedən şayiələr barədə verilmiş suala Pərviz Şahbazov belə cavab verib: “Dağlıq Qarabağ münaqişəsi Ermənistan və Azərbaycan arasında olan münaqişədir. Ermənistan 20 ildən artıqdır ki, ərazimizin beşdəbir hissəsini - Dağlıq Qarabağla bərabər yeddi ətraf rayonu beynəlxalq hüququn normalarına zidd olaraq işğal edib və bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurdlarına qayıtmasına imkan vermir. BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə Ermənistandan Azərbaycan torpaqlarının beynəlxalq hüququn normalarına zidd olaraq işğalını dayandırmasını tələb edib. Avropa Şurası və Avropa Parlamenti müvafiq olaraq 2005-ci və 2013-cü illərdə qətnamələri ilə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş əraziləri tərk etməsini tələb edib. Bu tələblərə Ermənistan tərəfindən bu günədək məhəl qoyulmur.

Atəşkəs elan olunandan bəri biz ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişəni sülh yolu ilə həll etməyə çalışırıq. Minsk qrupunun Rusiya, Fransa və ABŞ-dan olan həmsədrləri indiyədək iki ölkənin dövlət başçıları səviyyəsində çoxlu sayda görüşlər təşkil ediblər. Ermənistan konstruktiv mövqe tutmadığına və mövcud beynəlxalq hüquqa riayət etmədiyinə görə ATƏT çərçivəsində edilən cəhdlər indiyədək uğur qazana bilməyib.

Son silahlı qarşıdurmaların, eləcə də bundan öncəki eskalasiya hallarının baş verməsinin səbəbini hər hansı şayiələrdə deyil, Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarına zidd olaraq Azərbaycan torpağında yerləşməsində axtarmaq lazımdır. Aprelin əvvəllərində Ermənistanın işğalçı qüvvələri cəbhə xəttinin yaxınlığında yerləşən Azərbaycan yaşayış məntəqələrini və Azərbaycanın mövqelərini ağır silahlarla intensiv atəşə tutub. Bunun nəticəsində altı azərbaycanlı dinc sakin, onların arasında 16 yaşlı bir qız həlak olub. İyirmidən çox dinc sakin yaralanıb. Ordumuz bu hücumlara cavab vermək məcburiyyətində qalıb, çünki Azərbaycan vətəndaşlarının öz torpaqlarında dinc və təhlükəsiz həyatını təmin etmək onun borcudur”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub

Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Ağcabədidə bir sıra görüşlər keçirib

Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb - EKSKLÜZİV

Qanalı qeyri-adi rekordla Ginnesin Rekordlar Kitabına düşüb

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə "Qərbi Azərbaycana qayıdış" olimpiadasında 3371 nəfər iştirak edib

Akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda tədbir keçirilib

“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər VİDEO

Abşeron rayonunda akademik Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şahin Bayramov: Bu saziş Azərbaycanla Qırğızıstan arasında elm və təhsil əlaqələrinin gücləndirilməsinə ciddi zəmin yaradır

Dmitri Peskov: Moskva Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır

İstanbul derbisi: “Fənərbağça” “Beşiktaş”a qarşı

DSX aparatında Zərifə Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib VİDEO

“Qərbi Azərbaycana qayıdış” olimpiadasında Şəki-Zaqatala üzrə 279 şagird biliyini sınayıb

“Koroğlu”da polisdən qaçmaq istəyən narkokuryer barəsində cinayət işi başlanılıb VİDEO

Monteneqro Prezidentinə “Qarabağ işğaldan əvvəl və sonra” kitabı təqdim edilib

İri Avropa hava limanı sərnişinlərin yoxlanılması müddətini 3 saniyəyədək azaldıb

NASA-nın rəhbəri xalqları iqlim dəyişikliyi ilə mübarizədə səyləri birləşdirməyə çağırıb

Qubada akademik Zərifə Əliyevaya həsr olunmuş “Zəriflik” adlı tədbir keçirilib

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikasının Hökuməti və “ACWA Power Azerbaijan Renewable Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında “Dəyişikliklər edilmiş və yenidən tərtib olunmuş İnvestisiya müqaviləsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı bəzi məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BDU professorunun 85 illik yubileyi qeyd olunub

Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Naftalanda akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunan aksiya keçirilib

Monteneqro Prezidenti: Azərbaycan bizim üçün dost ölkədir

Rusiyada əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək

Naxçıvan Bеynəlxаlq Hаvа Limаnındа kompleks mülki müdafiə təlimi keçirilib

Böyük Britaniyada miqrantlar haqqında qanunun qəbulu qaçqınların İrlandiyaya axınına səbəb olub

Türkiyəyə qanunsuz yollarla daxil olan 38 nəfər saxlanılıb

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd edilib

Sabirabad rayonu ərazisində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Səbail rayonunda qızıl mağazasından oğurluq edən saxlanılıb VİDEO

AzPMA-nın rəhbəri: Gələcəkdə digər universitetlərdə də layihə menecmenti ixtisasının təsis olunması üçün danışıqlar aparırıq

Sosial şəbəkələrdə dələduzluq yolu ilə 19 nəfərin kartını talayıb öz hesabına köçürən şəxs saxlanılıb

Azərbaycan şahmat millisinin məşqçisi: Avropa çempionatında əldə edilən nəticələr ümidvericidir

Prokurorluq əməkdaşları 2 hektar ərazidə 1500-dən çox ağac əkiblər

Bakıdakı Rus evinin Ədəbiyyat klubu çərçivəsində “açıq marafon” keçirilib

Naxçıvanda “İqlim dəyişikliyinin əməyin mühafizəsinə təsiri” mövzusunda konfrans keçirilib

Alimlər: Pilləkənlərlə qalxmaq ömrü uzadır

Çempionlar Liqası: Pley-off mərhələsində ən çox qol vuran futbolçular açıqlanıb

Yasamalda oğurluq edən şəxslər təhlükəsizlik kameralarına düşüb VİDEO

Azərbaycanın idman gimnastı Avropa çempionatında tarixi medal qazanıb

“Azərkosmos”: Ölkəmizin əldə etdiyi təcrübə regional və qlobal kosmik tədbirlərə ev sahibliyi etməyə imkan verir

ABŞ-ın üç ştatı güclü tornadonun təsirinə məruz qalıb - FOTO

Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub

Azərbaycanın gənc taekvondoçuları da Prezident Kubokuna qatılacaqlar

Xətai rayonunda “Kəlağayı festivalı” keçirilib

“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimatı olub

Bakıda “Big Band Workshop” adlı ustad dərsləri keçiriləcək

ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb VİDEO

Azərbaycan klubu iki basketbolçu ilə vidalaşır

Aprelin 27-si Beynəlxalq Baytar Həkimi Günüdür

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” olimpiadası keçirilib 

Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fləş-mob təşkil edib

“Mənim yaşıl dünyam” adlı rəsm müsabiqəsi keçirilib

İçərişəhərdə “DivanSaatı” layihəsi çərçivəsində Elçin Hami Axundov ilə görüş

Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub

Daşqınlardan sonra 37 minədək qazaxıstanlı evinə qayıdıb