ALMANİYA İSTEHSALI OLAN YENİ AVTOBUSLAR SƏRNİŞİNLƏRİN İSTİFADƏSİNƏ VERİLMİŞDİR
Nəqliyyat Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Bakıya gətirilmiş iritutumlu yeni avtobuslar artıq sərnişinlərin istifadəsinə verilmişdir.
Yeni nəqliyyat vasitələrinin marşrut xətlərinə buraxılmasını paytaxt sakinləri razılıqla qarşılamışlar. Almaniya istehsalı olan bu avtobuslar xüsusi funksiyalara malikdir. Avtobuslarda avtomatik idarəetmə, siqnalizasiya, hərəkətin tənzimlənməsi və digər sistemlər mövcuddur. Bundan əlavə, dayanacaqda düşmək istəyən sərnişin oturacaqlarda yerləşdirilmiş “Dayan” düyməsini basmaqla sürücünü xəbərdar edə bilər. 35 oturacağı olan yeni avtobuslarda əlillər üçün də yerlər nəzərdə tutulmuşdur.