Almaniya Kansleri atəşkəsdən əvvəl Ukraynaya qoşun yeridilməsi ehtimalını şərh edib
Bakı, 3 sentyabr, AZƏRTAC
Ukraynada atəşkəs əldə olunmayana qədər qərb qoşunlarının oraya göndərilməsindən söhbət gedə bilməz.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts bildirib.
Kansler deyib ki, atəşkəs əldə olunsa belə, Ukraynaya qoşun göndərmək yalnız Berlin üçün ciddi qeyd-şərtlərlə mümkün olacaq, çünki buna gedən yolda “bir çox maneələr” var.
Merts qeyd edib ki, Almaniyanın heç bir halda Ukraynada hərbi missiya planı yoxdur. “Kiyevə hərbi yardımın göstərilməsi məsələləri Avropa Komissiyasının deyil, istəyənlərin koalisiyasının səlahiyyətindədir”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [23:44]
İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]