Almaniya sakini lotereya ilə 41,5 milyon avro udmuşdur
Bakı, 20 iyul (AZƏRTAC). Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətinin bir sakini “Avrocekpot” lotereyasında yeddi ədədin uğurlu kombinasiyasını tapmış yeganə iştirakçı kimi qalib gəlmiş və 41,5 milyon avro uduş qazanmışdır. Yerli KİV-lərin verdiyi məlumata görə, bu turajın qalibi hələlik uduşu almağa gəlməmişdir. Ola bilsin ki, onun hələ öz uğurundan xəbəri yoxdur.
“Avrocekpot” lotereyasının birinci tirajı 2012-ci ilin mart ayında keçirilmişdir. Bu lotereyada Almaniyadan başqa daha 13 ölkə iştirak edir: Danimarka, Estoniya, Finlandiya, İtaliya, Niderland, Sloveniya, İspaniya, Norveç, İsveç, İslandiya, Latviya, Litva və Xorvatiya.
Tirajda qalib gəlmək üçün oyunçular 1-dən 50-yə qədər beş ədədi və bundan əlavə, 1-dən 8-dək iki ədədi düzgün tapmalıdır. Daha populyar olan “Avromilyon” lotereyasında əlavə ədədlərin diapazonu 1-dən 11-dək dəyişdiyi üçün “Avrocekpot” iştirakçılarının qalib gəlmək şansı daha yüksəkdir.
Almaniya ərazisində lotereyada ən böyük uduş 2007-ci il dekabrın 5-də qeydə alınmışdır. Həmin uduşun məbləği 45,3 milyon avro idi, lakin bu məbləğ düzgün kombinasiyanı tapmış 3 AFR vətəndaşı arasında bərabər bölünmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]
İspaniyalı ekstremal idman həvəskarı 500 gün mağarada qalıb
Saxta qəhrəmanların əsl siması
- [18:18]
Şərur rayonuna dolu yağıb
- [18:07]
Trampın təyyarəsi Çinə eniş edib
- [16:23]