Almaniya şirkəti koronavirus üçün testlərin satışı ilə bağlı Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Bakı, 7 iyul, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, Almaniyanın "BIOTYPE Gmbh" müəssisəsi yeni növ koronavirus (COVID-19) infeksiyasının müəyyən olunması üçün istehsal etdiyi testlərin satışı ilə əlaqədar Azərbaycan şirkətlərinə əməkdaşlıq təklif edir. Əməkdaşlıqda maraqlı olanlar ətraflı məlumat üçün AZPROMO-ya müraciət edə bilərlər.