Almaniya Ukraynaya “Leopard 1A5” tankları göndərib
Kiyev, 31 avqust, AZƏRTAC
Almaniya avqustun 30-da Ukraynaya yeni hərbi yardım paketinin ötürülməsi barədə məlumat yayıb. Buraya 10 “Leopard 1A5” tankı daxildir.
AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.
Yeni paketə, həmçinin bir TRML-4D radarı, 16 “Vektor” pilotsuz kəşfiyyat sistemi, dörd HX81 tank daşıyıcısı və 13 milyondan çox atıcı silah sursatı daxildir.
Hökumətin bildirdiyinə görə, silah təchizatı təhlükəsizlik potensialının artırılması üçün Almaniya fondları tərəfindən maliyyələşdirilən sənaye ehtiyatlarından əldə edilib.
Xatırladaq ki, Ukrayna avqustun 24-də Almaniyadan “Patriot” hava hücumundan müdafiə sistemi, dron aşkarlama sistemi üçün raketləri də alıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]