Almaniyada avtomobil ibtidai sinif şagirdlərini vurub, xəsarət alanlar var
Berlin, 4 iyun, AZƏRTAC
Almaniyada 20 yaşlı gəncin idarə etdiyi avtomobili ibtidai sinif şagirdlərindən ibarət qrupun üzərinə sürməsi nəticəsində xəsarət alanlar var.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Köln yaxınlığındakı Hürt şəhərində baş verən hadisə nəticəsində azı iki uşaq xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır.
Polisin açıqlamasında hadisənin qəsdən törədildiyinə dair hər hansı əlamət aşkarlanmadığı bildirilib. Hadisə yerinə iki təcili tibbi yardım helikopteri cəlb olunub.
Hazırda araşdırma aparılır. Yaralananların dəqiq sayı müəyyənləşdirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:08]
Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]