Almaniyada problemli kreditlərin həcmi kəskin artıb
Berlin, 7 iyul, AZƏRTAC
Almaniya banklarda problemli kreditlərin artmasına görə Avropada birinci yeri tutur.
AZƏRTAC “Spiegel” qəzetinə istinadla xəbər verir ki, “BearingPoint” şirkətinin apardığı təhlilə əsasən, ötən il Almaniyada ödənilmə riski daşıyan kreditlərin həcmi əvvəlki illə müqayisədə 24,9 faiz çox olub. Bu, Avropanın 163 bankını əhatə edən araşdırmada orta göstəricidən (1,1 faiz) dəfələrlə yüksəkdir.
Belə yüksək artımın əsas səbəbləri arasında iflas edən şirkətlərin sayının kəskin çoxalması, daşınmaz əmlak sektorunda böyük dəyər itkiləri və kreditlərin qaytarılmasındakı problemlərdir. Təkcə ötən il Almaniyada 21 min 812 müəssisə iflas edib ki, bu da 2015-ci ildən bəri ən yüksək göstəricidir.
Pandemiya dövründə verilən dövlət dəstəklərinin dayandırılması, enerji qiymətlərinin bahalaşması, bürokratik maneələr və siyasi qeyri-müəyyənlik də şirkətlərin maliyyə dayanıqlılığını zəiflədir. Bu səbəbdən cari ildə də iflasların artacağı proqnozlaşdırılır.
Problemli kreditlər, həmçinin yeni kreditlərin verilməsinə mənfi təsir göstərə bilər. “BearingPoint” şirkətinin yekun qiymətləndirməsinə görə, mürəkkəb iqtisadi şəraitə baxmayaraq, Avropanın bank sektorunun ümumilikdə dayanıqlı olduğu bildirilir. 2024-cü ildə orta kapital adekvatlığı göstəricisi ardıcıl üçüncü ildə də artaraq 23,5 faizə yüksəlib.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [19:10]
Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır
- 09.06.2026 [18:42]
Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib
- 09.06.2026 [17:56]
Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb
- 09.06.2026 [17:26]
ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib
- 09.06.2026 [17:22]
Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib
- 09.06.2026 [16:33]
Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb
- 09.06.2026 [16:21]