Almaniyada seçkilərin qalibi CDU/CSU ittifaqı koalisiya barədə SPD ilə danışıqlara başlayır
Berlin, 28 fevral, AZƏRTAC
Almaniyada fevralın 23-də keçirilmiş federal seçkilərin qalibi Xristian Birlik ittifaqı (CDU/CSU) koalision hökumət qurmaq üçün Sosial Demokrat Partiyası (SPD) ilə danışıqlara başlamağı planlaşdırır.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, tərəflərin hər birindən 9 nəfərin qatılacağı görüşün cümə günü keçirilməsi nəzərdə tutulur. SPD-nin açıqlanan nümayəndə heyətinin tərkibində partiyanın həmsədləri Lars Klinqbayl və Saskia Esken, müdafiə naziri Boris Pistorius və əmək naziri Hubertus Hayl da var. Birliyin nümayəndə heyətinin tərkibi açıqlanmasa da, CDU lideri və ehtimal olunan gələcək Kansler Fridrix Merts, CSU-nun lideri və Bavariya əyalətinin Baş naziri Markus Söder, CDU-nun və CSU-nun baş katiblərinin danışıqlarda iştirak edəcəkləri gözlənilir.
Hər iki partiya seçki kampaniyası dövründə bir-birini sərt şəkildə tənqid etsə də, seçkilərdən sonra koalision hökumətin formalaşdırılması üçün ən mümkün variant məhz CDU/CSU və SPD-dən ibarətdir. Lakin hər iki tərəf arasında bir sıra ciddi məsələlərdə, o cümlədən miqrasiya siyasəti, borc məhdudiyyəti və Rusiya-Ukrayna müharibəsi kimi mövzularda ciddi fikir ayrılığı olduğundan danışıqların heç də rahat keçməyəcəyi ehtimal edilir.
Fevralın 23-də keçirilmiş federal seçkilərdə 28,52 faiz səslə birinci olan CDU/CSU ittifaqı Bundestaqdakı 630 deputat mandatından 208-nə sahib olub. Seçkilərdə 16,41 faiz səs toplayan SPD isə 120 deputat yerinə malikdir. Hökumətin qurulması üçün parlamentdə ən azı 316 deputat mandatına sahib olmaq lazımdır.
İfrat sağçı Almaniya üçün Alternativ partiyası (AfD) seçkilərdə 20,8 faiz səslə ikinci olsa da, digər partiyaların onunla eyni koalisiyada yer almağı rədd etməsi AfD-nin hökumətdə təmsil olunmaq ehtimalını azaldır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [06:21]
Finlandiya 15 yaşdan aşağılar üçün sosial media qadağasını nəzərdən keçirir
- 11.06.2026 [05:49]
Çində partlayış nəticəsində 7 nəfər ölüb
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
- 11.06.2026 [01:57]
Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]