Almaniyada yaşayan azərbaycanlıların daha bir etiraz aksiyası Hannover şəhərində keçirilib
Bakı, 8 iyul, AZƏRTAC
Almaniyanın Hannover şəhərində Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlıları qətlə yetirməsi ilə bağlı etiraz mitinqi keçirilib. Aksiyada Hannover şəhərində yaşayan soydaşlarımız iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Hannover şəhərində fəaliyyət göstərən Azərbaycan Dostluq Cəmiyyəti və “Xəzər” Cəmiyyətinin birgə təşkilatçılığı ilə şəhərin mərkəzində baş tutan etiraz mitinqində Ermənistanın işğalçılıq siyasətini pisləyən şüarlar səsləndirilib. Aksiyada çıxış edənlər Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün qəti tədbirlər görməsini tələb ediblər.
Aksiya iştirakçıları iyulun 4-də ermənilərin hərbi təxribatı zamanı qətlə yetirilmiş Allahverdiyeva Sahibə İdris qızı və Quliyeva Zəhra Elnur qızının fotoşəkillərini nümayiş etdirərək, Azərbaycanın minlərlə dinc sakininin Ermənistan silahlı qüvvələrinin atəşi altında yaşadığını vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.02.2026 [11:45]
Kanada-Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib
- 02.02.2026 [20:50]
İstanbulda “Azərbaycan diaspor gəncləri: Birlik və İnkişaf” forumu keçirilib
- 23.01.2026 [15:28]
“Yaxın Şərqdə erməni diasporu” adlı kitabın təqdimatı keçirilib VİDEO
- 20.01.2026 [17:08]
Kişineuda 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb
- 18.01.2026 [12:36]
Xaricdə daha bir Azərbaycan Evi və həftəsonu Azərbaycan məktəbi açılıb
- 16.01.2026 [16:26]