Almaniyada Yeni il atəşfəşanlığı zamanı 2 nəfər ölüb, Berlində 400 nəfər saxlanılıb
Berlin, 1 yanvar, AZƏRTAC
Yeni il gecəsi Almaniyada pirotexniki vasitələrdən istifadə və atəşfəşanlıqlar nəticəsində iki nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, hər iki ölüm hadisəsi Bilefeld şəhərində baş verib. Şəhərin müxtəlif ərazilərində 18 yaşlı iki gənc özlərinin hazırladığı pirotexniki vasitələrin partlaması nəticəsində həyatını itirib. Rostok şəhəri yaxınlığında 14 yaşlı yeniyetmə fişəngin partlaması nəticəsində bir əlini itirib. Ölkə üzrə ümumilikdə yüzlərlə insanın xəsarət aldığı bildirilir.
Yeni il gecəsi ictimai asayişin gücləndirilməsi və təhlükəsizlik tədbirləri ilə əlaqədar Berlində 4300 polis əməkdaşı və 1600 yanğınsöndürən gücləndirilmiş iş rejimində xidmət aparıb. Buna baxmayaraq, paytaxtda, eləcə də ölkənin digər şəhərlərində ictimai asayişin pozulması, o cümlədən polis və təhlükəsizlik xidməti əməkdaşlarına qarşı zorakılıq halları baş verib. Təkcə Berlində 24, Hamburqda isə 10 polis əməkdaşı xəsarət alıb.
İctimai asayişin pozulması və pirotexniki vasitələrdən təhlükəli şəkildə istifadə ilə əlaqədar paytaxtda 400-dən çox şəxs saxlanılıb. Bir neçə şəhərdə pirotexniki vasitələrdən istifadə nəticəsində yanğın hadisələri baş verib.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [16:35]
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır
- 08.08.2026 [13:27]
Rusiya regionlarına PUA hücumları nəticəsində yeddi nəfər xəsarət alıb
- 08.08.2026 [08:37]
Kolumbiya ABŞ-nin “Amerika Qalxanı” alyansına qoşulur
- 08.08.2026 [08:21]
Böyük Britaniyada enerji borcları rekord həddə çatıb
- 08.08.2026 [06:06]
Alimlər Sibirdə metan emissiyalarının artdığını bildiriblər
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]