Almaniyalı jurnalist: Azərbaycanı islamofobiyaya qarşı mübarizədə dəstəkləyirəm
Bakı, 8 mart, AZƏRTAC
Mən islamofobiya ilə mübarizəni yalnız Azərbaycanın yox, bütün dünyanın mübarizəsi kimi görürəm. Çünki bu, haqlı və tamamilə qanuni bir mübarizədir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakının ev sahibliyi etdiyi “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfransın iştirakçısı, almaniyalı jurnalist Tomas Fasbender deyib.
T.Fasbender xristian ölkəsinin təmsilçisi olaraq mənsub olduğu dinin də dünyanın bəzi ərazilərində təqiblərə məruz qaldığını qeyd edib.
“Biz də həmçinin konfranslar təşkil edirik və elmi sübutlar toplayaraq təqiblərin qarşısını almağa cəhd göstəririk. İslam dininın təqib olunması da real bir faktdır və mən Azərbaycanı islamofobiyaya qarşı mübarizədə dəstəkləyirəm”, - deyə jurnalist vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [19:55]
Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 04.06.2026 [18:45]
Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]