Azərbaycan Dövlət İnformasiya Agentliyi

Almaniyanın “Genussmaenner” portalında “Bakı – ənənə müasirliyi qarşılayır” başlığı ilə məqalə çap olunub

Berlin, 11 noyabr, AZƏRTAC

Almaniyanın “Genussmaenner” portalında “Bakı - ənənə müasirliyi qarşılayır” sərlövhəli məqalə çap olunub. Məqalədə paytaxt Bakıya səfər etməyin 10 səbəbindən danışılır.

Məqalədə deyilir: Dünyada son illərdə Azərbaycanın paytaxtı Bakı kimi sürətlə dəyişən şəhər yoxdur. Bakıda hələ bir sıra tikinti layihələri sonadək reallaşmayıb. Şəhərin müasir görkəminə “Flame Towers” kompleksi xüsusi gözəllik verir. Onun yaxınlığında qədim İçərişəhər yerləşir. Bir neçə əsrlik tarixi olan tikililərlə XXI əsrin müasir binaları və sovet dövründən qalmış tikililərin bir qisminin yaratdığı təzad paytaxta xüsusi cazibədarlıq verir. Səyahət edilən şəhərlərin siyahısında Bakının da adı var və 31 oktyabr - Dünya Şəhər Günü münasibətilə bu şəhərə getməyin səbəblərini təqdim edirik.

1001 gecə

Tarixi hissə olan İçərişəhərdə XV əsrdən qalmış Şirvanşahlar Sarayı yerləşir. 1192-ci ildə baş vermiş zəlzələ nəticəsində Şamaxı dağılandan sonra Bakı Şirvanşahlar dövlətinin paytaxtına çevrildi. Bakı hazırda da paytaxt funksiyasını yerinə yetirir. Divanxananın qapıları və üzərindəki ərəb əlifbası ilə yazılmış yazılar xüsusilə gözəldir. Saray UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilib. Bundan əlavə, İçərişəhərdə Qız qalası yerləşir.

Müasir memarlıq nümunələri

Müasir Bakının simvolu “Flame Towers”dir. Bulvarda gəzərkən axşamlar saat 20-dən sonra işıqlanan üç qülləni görə bilərsiniz. Dağüstü Parkdan şəhərə gözəl mənzərə açılır və buradan maraqlı şəkillər çəkə bilərsiniz. İran mənşəli məşhur britaniyalı memar Zaha Hadid Bakıda daha bir müasir memarlıq nümunəsini - Heydər Əliyev Mərkəzini yaradıb. Bu nəhəng binada müxtəlif tədbirlərin keçirildiyi salonlar, daimi sərgilər və muzey vardır.

Dənizin sahilində şəhər - 26 kilometrlik bulvar

Azərbaycanın dənizə çıxışı var. Xəzər 371 min kvadratkilometr ərazisi ilə dünyanın böyük duzlu gölüdür. Burada Bakı buxtası yerləşir və liman rolunu oynayır. XX əsrin əvvəllərində sahil boyunca parkı xatırladan ərazi vardı. Bu gün isə bulvar axşam saatlarında dolu olur. Burada kafelər, ticarət mərkəzləri, xalça muzeyi, Muğam Mərkəzi yerləşir. Bulvar tam salınandan sonra 26 kilometrlik ərazini əhatə edəcək.

Alış-veriş və bazarlar

Fəvvarələr meydanının ətrafında alış-veriş etmək üçün dünya brendlərinin mağazaları var. Dəmir Yolu Vağzalının yaxınlığındakı Yaşıl Bazarda təzə meyvə-tərəvəz, meyvə quruları, ədviyyat və ağartı məhsulları ala bilərsiniz. İlin fəslindən asılı olaraq bazarda alıcılara qıpqırmızı nardan tutmuş şipşirin qarpıza qədər məhsullar təklif olunur. İçərişəhərin hər yerində suvenirlər almaq mümkündür.

Barlardan qədim Karvansaraya qədər

Siz Karvansarayda ənənəvi muğam musiqisinə qulaq asa və ya hündürlükdə olan terraslardan alovlanan “Flame Towers”a baxa bilərsiniz. Bakıda hər zövqə uyğun restoranlar və barlar vardır. “Çinar”da Asiya mətbəxinin dadına baxa bilərsiniz. “Landmark” otelindəki “Caspian Grill & Terrace”dən şəhərə gözəl mənzərə açılır. Muğam musiqisi üçün Şirvanşahlar Sarayının restoranına və ya qədim Karvansarayda muğam klubuna getmək olar. Məşhur kafelər içərisində fəvvarələr meydanında Azərbaycan yazıçısının əsərinin adı verilmiş “Əli və Nino” kafesi var. Burada çay evləri çox sevilir. İçərişəhərdəki “Old Baku Tea House”da samovar çayının dadına baxa bilərsiniz.

Yuxu zamanı enerji toplamaq

Beynəlxalq brendlər sayılan “Hilton”, “JW Marriott” və ya “Four Seasons” lüks otelleri Bakıda da vardır. Müasir və xüsusi zövqlə inşa edilən bu otellərdə dincəlmək üçün çox gözəl şərait vardır. Kim “Flame Towers”ə yalnız xaricdən baxmaq istəmir, o zaman “Fairmont Hotel”in cənub qülləsinə yerləşə bilər. Gün ərzində şəhəri gəzib yorulandan sonra otellərin spa salonlarında, eləcə də İçərişəhərin hamamlarında dincələ bilərsiniz.

Minillik tarix

Paytaxtdan 60 kilometr aralıda UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmiş Qobustan qoruğu yerləşir. 1930-cu ildə burada qayaüstü rəsmlər aşkarlanmışdır. Təxmini hesablamalara görə Qobustan Milli Parkında 6 min qayaüstü rəsm var. Norveç səyyahı Tur Heyerdal vikinqlərin mənşəyinin Azərbaycanda axtarmaqla bağlı şübhələrini sübut etmək üçün 1982-ci ildən Qobustanda tədqiqatlar aparıb. Parkın girişindəki muzey tarixi məqamları izah edir. Eyni zamanda, burada palçıq vulkanlarına da baş çəkmək mümkündür.

Sahildə dincəlmək
İsti aylarda dincəlmək üçün şəhərdən çıxıb mütləq dəniz kənarına gedin. Xüsusilə Abşeron yarımadasının şimal hissəsi bakılılar üçün ən yaxın istirahət yerləridir. Saysız-hesabsız çimərliklər şəhərin mərkəzindən 40 dəqiqəlik məsafədə yerləşir və isti yay aylarında buralar çox izdihamlı olur.

Abşeronun daimi alovu

Gün ərzində, çimərlikdə istirahət edəndən sonra Yanardağa gedin. Buranı ziyarət edəndən sonra Azərbaycanın niyə Odlar Ölkəsi adlandığını daha asan başa düşmək mümkündür. Burada təbii şəkildə sönmədən yanan alova xüsusilə qaranlıq düşəndə baxmaq daha füsunkardır.

İlk Avropa Oyunlarının keçiriləcəyi məkan

Bakı 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ilə beynəlxalq miqyasda böyük tədbirlərin keçirilməsinə qadir olduğunu göstərdi. 2015-ci ilin iyununda ilk dəfə olaraq birinci Avropa Oyunları məhz Bakıda keçiriləcək. Paytaxtda “Bakı-2015” üçün böyük Olimpiya Stadionundan əlavə müasir idman qurğuları da tikilir. 2015-ci il iyunun 12-dən 28-dək Bakı ilk Avropa Oyunlarına ev sahibliyi edəcək.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik