Almaniyanın “Zenith” jurnalı: “Ermənistan dilənir, Azərbaycan inkişaf edir”
Ermənistana səyahət etmiş jurnalist Ramon Şak məqalədə bu ölkə haqqında təəssüratlarını bölüşür. Müəllif səfər zamanı Ermənistanda yerli insanlarla görüşdüyünü, onları dinlədiyini diqqətə çatdırır.
Yazıda Aram adlı erməni gənc ölkənin xarici siyasəti haqqında bu sözləri deyir: “Ermənistan Türkiyə ilə dil tapmasa bizim üçün çətin olacaq. Azərbaycan ilə də mütləq razılığa gəlinməlidir. Azərbaycan inkişaf etdikcə Ermənistan dilənir”.
Müəllif qeyd edir ki, Aramın söylədiyi fikirlər söhbətin getdiyi kafedə olan digər insanlar tərəfindən də təsdiqlənirdi.
Məqalədə bildirilir ki, Ermənistan arxaik orijinallığını saxlayıb. Bu, ölkəyə səfər edənlərə ekzotik gələ bilər, amma yerli əhali bunu ifrat kasıblıq kimi qəbul edir.
Müəllif, həmçinin təsərrüfat üçün düzgün istifadə edilmədiyinə görə Göyçə gölünün suyunun kəskin şəkildə azaldığını qeyd edir.
Yazıda Ermənistanda maaş və sosial müavinətlərin çox aşağı səviyyədə olduğu, ölkənin erməni diasporunun göndərdiyi vəsait hesabına yaşadığı vurğulanır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:30]
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]