ALMANYADA FRANSA-ALMANİYA NAZİRLƏR ŞURASININ IX ZİRVƏ TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri Fransa Xarici İşlər Nazirliyi mətbuat xidmətinə istinadla xəbər verir ki, Almaniyanın Bavariya vilayətinin Şraubinq qəsrində Fransa-Almaniya Nazirlər Şurasının lX zirvə toplantısı keçirilmişdir.
Toplantıdan əvvəl Almanya kansleri xanım Angela Merkellə Fransa Prezidenti Nikola Sarkozinin görüşündə dünyanın, o cümlədən Avropanın üzləşdiyi enerji böhranı və iqlim dəyişikliyi problemləri və bunlara qarşı hər iki dövlətin birgə fəaliyyəti ətrafında fikir mübadiləsi aparılmışdır.
Toplantıda Fransanın iyulun 1-dən Avropa İttifaqına sədliyinin başlamsı ilə bağlı hazırlıq, enerji-iqlim məsələləri əsas müzakirə obyekti olmuş, Avropanın qabaqcıl dövlətləri arasında qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır.
Fransa Presidentini bu səfərdə baş nazir, ətraf mühit və energetika, xarici işlər, müdafiə nazirləri, habelə Avropa işləri və ticarət məsələləri üzrə dövlət katibləri, kiçik və orta müəssisələrin, turizm və əhaliyə xidmət sahələrinin rəhbərləri müşaiyət etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [21:23]
Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb
- 12.06.2026 [21:15]
Əraqçi: İran və ABŞ sazişin imzalanmasına çox yaxındır
- 12.06.2026 [18:24]