ALMATIDA BLİTS ÜZRƏ DÜNYA ÇEMPİONATI KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Almatıda şahmat üzrə (blits) 4-cü dünya çempionatına start veriləcəkdir.
Dünyanın yüksək reytinqli şahmatçılarının iştirak edəcəyi bu mötəbər turnirdə Azərbaycanı beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov təmsil edəcəklər.
Yarışın fəxri qonaqları sırasında FİDE-nin prezidenti K.İllümjinov, keçmiş dünya çempionu A.Karpov və tanınmış İngiltərə qrossmeysteri N.Şort olacaqdır.
Çempionatın mükafat fondu 350 min İsveçrə frankı məbləğində müəyyənləşdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]