İQTİSADİYYAT
Altı ayda qeyri-neft məhsullarının ixracı 27,1 faiz artıb
Bakı, 9 iyul, AZƏRTAC
Qeyri-neft sektorunun ixrac potensialı sürətlə artır. 2021-ci ilin 6 ayında qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1 faiz artaraq 1 milyard 162,4 milyon dolları ötüb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir qeyd edib ki, bu dövrdə qeyri-neft sənaye məhsullarının ixracında 40,1 faizlik artıma nail olunub. Ümumilikdə, ilin birinci yarısında ixracın artımı 14,8 faiz təşkil edib. İxracın artımı maliyyə dayanıqlılığına müsbət təsir etməklə yanaşı, yeni iş yerlərinin yaradılmasını, valyuta ehtiyatlarımızın stabilliyini təmin edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:11]
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
- 04.05.2024 [12:34]
Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ
- 04.05.2024 [10:38]
Dünya birjalarında neft ucuzlaşıb
- 04.05.2024 [10:30]