Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMADA-nın yeni binasının açılış mərasimi olub

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, nazirliyin idman şöbəsinin müdiri Fərid Mansurov, AMADA-nın rəhbəri Şəfəq Hüseynli və digərləri iştirak ediblər.

Qonaqlar Agentliyin binası ilə tanış olublar.

Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 14 dekabr tarixli Fərmanına əsasən, Azərbaycan Milli Antidopinq Agentliyi publik hüquqi şəxs yaradılıb və qurum dövlət qeydiyyatına alınıb. Ötən il dekabrın 23-də Azərbaycan Milli Antidopinq Agentliyi təsis edilib. Cari ilin fevralında qurum Ümumdünya Antidopinq Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun elan edilib və Agentlik fəaliyyətə başlayıb.

AMADA-nın ştatında 13 əməkdaş, 21 Dopinq Nəzarəti İnspektoru çalışır. Qurumun əsas fəaliyyəti dopinq nəzarətinin planlaşdırılması və həyata keçirilməsi, antidopinq üzrə ölkədə maarifləndirmə işlərinin aparılması və milli antidopinq proqramının təşviq etdirilməsidir. Milli antidopinq proqramına əsasən, Agentlik tərəfindən il ərzində müəyyən miqdarda testlər keçiriləcək və onlara dair hesabatlar aparılacaq. Həmçinin sözügedən qurum tərəfindən bir neçə idmançının bioloji pasportunun yaradılması planlaşdırılır. Qeyd olunan testlər üzrə nümunələr toplandıqda, Agentliyin inzibati binasında xüsusi ayrılmış yerlərdə saxlanılacaq və müayinə üçün Almaniyanın Köln şəhərində yerləşən Ümumdünya Antidopinq Agentliyi tərəfindən akkreditasiya olunmuş Institute of Biochemistry - "German Sport University Cologne" laboratoriyasına göndəriləcək. Testlərin beynəlxalq standartlara əsasən, Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi (ADAMS) vasitəsilə müxtəlif idman növü, idmançı kateqoriyaları üzrə prioritetləşmə prinsiplərinə əsaslanan "paperless" adlanan sənədsiz texniki cihazlar vasitəsi keçiriləcəyi planlaşdırılır.

Qeyd olunub ki, Agentlikdə 3 komitə yaradılıb: Terapevtik istifadəyə icazə komitəsi, İntizam komitəsi və Apellyasiya komitəsi. Komitələrin fəaliyyəti müvafiq olaraq, idmançıların hər hansı bir qadağan edilmiş maddədən terapevtik istifadə etməsi üçün şəhadətnamənin verilməsi, antidopinq qayda pozuntularına dair dinləmə prosesi və qərarın qəbul edilməsindən ibarətdir. Komitələrin görüşləri agentliyin inzibati binasında keçiriləcək.

Azərbaycan Milli Antidopinq Agentliyinin əsas tərəfdaşları Ümumdünya Antidopinq Agentliyi, Polşa Antidopinq Agentliyi, Milli Antidopinq Agentlikləri İnstitutu, “Berlinger” şirkəti, PWC (Professional Worldwide Controls), Institute of Biochemistry - German Sport University Cologne Laboratoriyasıdır. AMADA-nın əsas şüarı "təmiz qal"dır.

Qonaqlar qurumun əməkdaşları ilə tanış olduqdan sonra nazir A.Rəhimov yeni yaradılmış agentliyin ölkə idmanının inkişafında mühüm rol oynayacağını qeyd edib. O, Milli Məclisdə Antidopinq haqqında qanunun qəbul olunduğunu və orada bütün müddəaların öz əksini tapdığını bildirib. Nazir ölkəmizdə qısa zamanda antidopinq sahəsində böyük işlər görüldüyünü və görülən işlərin nəticəsində Ümumdünya Antidopinq Agentliyinin standartlarına tam şəkildə uyğun olan qurumun yaradıldığını vurğulayıb. A.Rəhimov Agentliyin əməkdaşlarına işlərində uğurlar arzulayıb.

Daha sonra çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə AMADA-nın fəaliyyətinin önəmindən danışıb. O, agentliyin ölkədə dopinqə nəzarətdə və bu istiqamətdə yoxlamalarda mühüm işlər həyata keçirəcəyini vurğulayıb. Ç.Hüseynzadə Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Milli Məclis və digər qurumların AMADA-ya dəstək verdiyini və hər cür kömək göstərməyə hazır olduğunu qeyd edib.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri F.Muradov AMADA-nın antidopinq sahəsində uğurla fəaliyyət göstəcəyinə əminliyini vurğulayıb və parlamentdə çalışan mütəxəssislərin hər zaman Agentliyə köməklik göstərməyə hazır olduğunu deyib.

Sonda Agentliyin əməkdaşları qonaqlarla birlikdə xatirə şəkli çəkdiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanan ölkə

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Azərbaycan ikili standartlar siyasətinə adekvat cavab vermək iqtidarındadır – ŞƏRH

Azərbaycançılıq ideologiyası, sivilizasiyaların özünüdərki və yeni geosiyasi reallıqlar MƏQALƏ

“Shell”in mənfəəti iki dəfə artaraq 10,8 milyard dollara çatıb

İlin əvvəlindən qatarlarda 800-dən çox əşya unudulub

Mərkəzi Bank: Gündəlik kreditlərlə bağlı sərtləşdirmə davam etdiriləcək

Elvin Məmmədov: Dünya çempionatında əsas nəticə deyil, uşaqların inkişafıdır

Fransada kiberhücum: Strasburq nəqliyyat şirkətinin 230 min müştərisinin məlumatları ələ keçirilib

Pekin ABŞ-nin Çin şirkətlərini "qara siyahı"ya salmasına etiraz edir

Birləşmiş Ştatların gündəlik neft hasilatı 14 milyon barelə çatır

ABŞ-nin neft ehtiyatları azalır

Ekspert: Niderland şirkətlərinin Bakı limanının inkişafının növbəti mərhələsində iştirakı mümkün ola bilər

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr olunan film nümayiş etdirilib

DİM dövlət qulluğu üzrə imtahanlara qeydiyyat elan edib

Folklor İnstitutunda elmi seminar: Güney Azərbaycanda Aşura mərasimləri

ADA və Corc Vaşinqton universitetləri arasında ikili diplom proqramı ilə bağlı görüş olub

Ceyhun Bayramov: TDT+ formatı üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaradır

Daşınmaz əmlakın qeydiyyatı məsələləri ilə bağlı Zaqatala, Şəki və Qəbələdə vətəndaşlarla görüş keçiriləcək

SOCAR-ın Qaz İxrac İdarəsinin qeyri-neft sektoru üzrə ixrac gəlirləri açıqlanıb

“AzərEnerji”nin ixrac gəlirləri 53 faizdən çox artıb

“Meksikalaşma” ifadəsi Meksika ilə Fransa arasında mübahisə doğurub

“QazTrade” şirkətinin baş direktoru: Qazaxıstan üçüncü ölkələrdən Azərbaycana tədarükün bir hissəsini əvəz edə bilər

“Azərbaycan Hava Yolları”nın ixrac gəlirləri açıqlanıb

Taleh Kazımov: Doqquz ayda kartdan-karta köçürmələrin həcmi 48 milyard manat olub

SOCAR-ın idarəsi 251 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

“AzerGold”un ixrac gəlirləri 31 faiz artıb

Azərbaycanın multikultural modeli Moskva Yəhudi İcmasının diqqətində

Komitə sədri: Maraqların toqquşması ilə korrupsiya eyni anlayışlar deyil

Energetika Nazirliyi və SOCAR “Energy & AI” hakatonu təşkil edir

Fərid Hüseyn: Xaqani Şirvaninin yaradıcılığına həsr olunmuş ikicildlik nəşri çapa hazırlamışam

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

BDU Özbəkistanın Namangan Dövlət Texniki Universiteti ilə əməkdaşlığa başlayır

Fərid Osmanov: Texnopark rezidentləri üçün qeydiyyat prosesi sadələşdiriləcək

Azərbaycanın qızıl ixracından gəliri 31 faizdən çox artıb

Mərkəzi Bankın sədri: Nağdsız əməliyyatların həcmi 11,7 faiz artıb

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Mussolininin nəticəsi “Latsio”da ilk qolunu vurub

Gəncədə gələcəyin peşələri və əmək bazarının kadr tələbatı diqqət mərkəzindədir

Çoxfunksiyalı reagentlərə həsr olunmuş yeni monoqrafiya çapdan çıxıb

Neft qiymətlərinin cüzi azalması Yaxın Şərqdəki proseslərlə əlaqədardır

BMT qərarlarının icrasız qalması beynəlxalq sistemin əsas sınağıdır - ŞƏRH

Botanika İnstitutunda elmmetrik bazalar və müəllif metrikalarına dair seminar təşkil olunub

Emmanuel Makron yeni etiraz aksiyaları ərəfəsində müdafiə şurasını toplayıb

Dünya çempionatı: Azərbaycan millisi Mozambikə böyük hesabla qalib gəlib

İndoneziya ilə dağ-mədən sahəsində tərəfdaşlıq imkanları müzakirə olunub

İRİA-nın rəhbəri: Startaplar və texnopark rezidentləri 10 il müddətinə vergilərdən azad ediləcəklər

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Şirvan Milli Parkı: Zəngin biomüxtəliflik və unikal ekosistem VİDEO

Fərid Osmanov: Startaplara dövlət satınalmalarında 20 faizlik qiymət güzəşti tətbiq ediləcək

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır -  REPORTAJ  VİDEO

Şahbuzda payızlıq əkin sahələri 240 hektara çatır: Hədəf yüksək məhsuldarlıqdır - REPORTAJ VİDEO

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 3,2 milyard dollar olub

“Wizz Air” Bakı-Bratislava birbaşa uçuşlarına başlayıb

® Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində genişspektrli tibbi xidmətlər göstərilir

Startaplar və texnopark rezidentləri gələn ildən bir sıra vergi güzəştlərindən yararlanacaqlar

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Şamaxının ədəbi yaddaşı: Nəsiminin qardaşı Şahxəndanın türbəsi VİDEO

Mərkəzi Bank ilin sonunadək 1 milyard dollaradək vəsait cəlb edə bilər

Vətən müharibəsinin xronikası: 29 oktyabr

Gürcüstan Patriarxlığı beynəlxalq qumar oyunlarının təşkili ilə bağlı qanuna etiraz edir

Qeri Stivenson: Azərbaycanda dinlərarası dialoq və əməkdaşlıq çox qiymətli dəyərdir

“The Wall Street Journal”: Cey. Di. Vens İranın Ali Təhlükəsizlik Şurasının rəhbərinə məktub göndərib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

Kənd təsərrüfatı işçilərinin peşə bayramı ADAU-da qeyd olunub VİDEO

İcbari Sığorta Bürosu “We Invest in People – Silver” beynəlxalq akkreditasiyasına layiq görülüb

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək VİDEO

Taleh Kazımov: Gələn il ÜDM 2,3 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar