AMEA Folklor İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi yad olunmuşdur
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunda 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma tədbiri keçirilmişdir.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
İnstitutun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov bildirmişdir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda apardığı mübarizənin zirvəsində dayanır. Millətin taleyində elə məqamlar olur ki, unudulmur, sonrakı hadisələrə təkan verir. Bu faciə xalqımızın taleyinə böyük kədər gətirsə də, müstəqillik uğrunda əzmimizi daha da artırdı, möhkəmləndirdi. Azadlıq carçıları - 20 Yanvar şəhidlərinin xatirəsi xalqın qan yaddaşında əbədi yaşayacaqdır.
Tarixçi alim Xəliyəddin Xəlilli, sənətşünaslıq doktoru Rafiq İmrani, institutun əməkdaşı Elçin Qaliboğlu 22 il əvvəl keçmiş sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər, insanlığa sığmayan cinayətlər, faciənin mahiyyəti barədə danışmış, xatirələrini bölüşmüşlər.
Filologiya üzrə fəlsəfə doktoru, şair Adil Cəmil 20 Yanvar şəhidlərinə həsr etdiyi “Qan qoxusu” poemasından bir parça oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]