AMERİKALI AZƏRBAYCANLILAR NYU-YORKDA TÜRK YÜRÜŞÜNDƏ İŞTİRAK ETMİŞLƏR
Yürüş iştirakçıları arasında Türkiyə Cümhuriyyətindən gələn yüksək səviyyəli nümayəndə heyəti də vardı. Türkiyə Baş nazirinin müavini Əli Şahin türkdilli amerikalılara müraciətində vurğulamışdır ki, soydaşlarımız siyasi həyatda daha fəal iştirak etməlidirlər. Biz türkləri konqresmen və senatorlar kimi görmək istərdik. Türk mənşəli amerikalılar ABŞ-ın daxili siyasətində iştirak etsələr, biz, daha güclü lobbiyə malik ola bilərik.
Amerikalı azərbaycanlılar da yürüşdə iştirak etmişlər. Amerikanın Azərbaycan Cəmiyyətinin (AAC) prezidenti Tomris Azəri demişdir ki, 25 ildir biz ənənəvi Türk günü yürüşündə iştirak edirik. Bu dəfə, həmvətənlərimiz əllərində dalğalanan Azərbaycan, Türkiyə və ABŞ milli bayraqları ilə səyyar səhnənin önündə gedirdilər. Səhnədə dayanan cəmiyyətin kiçik üzvləri milli geyimlərimizi nümayiş etdirirdilər. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılacağını qeyd edən yürüş iştirakçıları səyyar səhnəyə simvolik neft buruğu və kəmərin marşrutunu əks etdirən xəritə də yerləşdirmişdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:28]
Mao Nin: Çin-Azərbaycan münasibətləri güclü artım tempini qoruyub saxlayıb
- 12.10.2026 [15:35]
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
- 12.10.2026 [13:46]
Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib
- 12.10.2026 [11:47]