Amerikalı şahmatçı Hikaru Nakamura “Grand Chess Tour 2018”in qalibi olub
Bakı, 18 dekabr, AZƏRTAC
Amerikalı şahmatçı Hikaru Nakamura Londonda keçirilən “Grand Chess Tour 2018”in qalibi olub.
AZƏRTAC xəbər verir ki, seriyanın sonuncu mərhələsində birinci pillədə qərarlaşan Nakamura ümumi hesabda da birinci yeri tutub. Beş turdan ibarət seriya turnirinin üçündə qalib gələn şahmatçı yekun nəticədə digər iştirakçılardan çox - 34,5 xal qazanıb. Amerikalı şahmatçı turnirin yekununda ümumilikdə 225 min dollar mükafat qazanıb.
İkinci yerdə 31 xalla fransalı Maksim Vaşe-Laqrav, üçüncü yerdə isə 26 xalla amerikalı Fabiano Karuana qərarlaşıblar. Şahmatçılar müvafiq olaraq, 160 min və 145 min dollar əldə ediblər.
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yekunda 25 xalla yeddinci yeri tutub. Şahmatçımızın turnirin yekununda əldə etdiyi mükafatın məbləği 65 min dollar olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [11:32]
Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik
- 08.10.2026 [11:15]
Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb
- 08.10.2026 [11:01]
Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq
- 08.10.2026 [10:22]
Azərbaycan Kubokunda bu gün daha 3 oyun keçiriləcək
- 08.10.2026 [10:04]