Amerikalı seysmoloqlar azərbaycanlı mütəxəssislərlə birgə təhlillər aparacaqlar
Bakı, 9 aprel, AZƏRTAC
ABŞ-ın Missuri Universitetinin professoru Erik Sandvol, elmi işçisi Utku Koçum və Miçiqan Dövlət Universitetinin geoloji elmlər şöbəsinin seysmoloji laboratoriyasının baş mühəndisi Daniel Burk Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşən qonaqlar daha sonra Monitorinq Mərkəzinə baş çəkiblər.
Səfərin məqsədi ABŞ seysmoloqları və RSXM-in “Qafqaz kəsilişi” birgə layihəsi ilə bağlı işlərin davam etdirilməsidir. Səfər çərçivəsində amerikalı seysmoloqlar RSXM-in cihazları ilə alınmış məlumatların emalı və analizinə dair yerli mütəxəssislərlə birgə təhlillər aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]