AMERİKALILAR EV HEYVANLARINA İLDƏ 30 MİLYARD DOLLAR SƏRF EDİRLƏR
Adel Dennis bu işlə 13 ildir ki məşğul olur, gündə 15-ə yaxın it-pişik gəzdirir. Deyir ki, heyvanın bir dəfəlik gəzinti haqqı 15 dollardır. Hərdən heyvanların sahibləri şəhərdən kənara gedəndə dördayaqlı dostlarını Adelin yanında gecələməyə qoyurlar. Bu halda, xidmət haqqı bir gecəyə 50 dollar təşkil edir.
Statistikaya əsasən, ev itləri və pişiklərinin sayına görə ABŞ dünyada birinci yeri tutur. Dəqiq desək, bu ölkədə ev heyvanlarının sayı 140 milyondur. Bunun 78 milyonu pişiklərin payına düşür. Qalanların arasında isə təkcə itlər deyil, ekzotik heyvanlar da var.
Şimali Karolina ştatındakı “Dost lələkləri” adlı şirkətin sahibi Riçard Parsons nadir quşlar yetişdirir. O deyir: “Məncə, başqa millətlərə nisbətən amerikalılar ev heyvanlarına daha ciddi yanaşırlar. Bəlkə ona görə ki, bizim şəraitimiz və rahatçılığımız daha yaxşıdır. Mənim elə müştərilərim var ki, evində 50-yə yaxın quş saxlayır. Bəzi insanlar bir quşa görə 30 min dollar ödəməyə hazırdırlar. Quş yeməklərinə isə, ildə 3 min dollar xərcləyirlər. Çünki lələklilərin ləzzətlə yediyi qoz-fındıqlar ucuz olmur. Quşbazlar öz quşlarına fanatikcəsinə yanaşırlar”.
Birləşmiş Ştatlar ev heyvanları qidasının yalnız ən böyük istehlakçısı deyil, həm də ən böyük istehsalçısıdır. Amerikalılar heyvanların yeməyinə, onlara qulluq edilməsinə ildə təxminən 30 milyard dollar vəsait sərf edirlər.
ABŞ qanunları heyvanların hüquqlarını müdafiə edir. Mövcud qanunvericiliyə görə, heyvanlarla qəddarcasına rəftar etmək qadağandır. Heyvanlarını ictimai yerlərdə nəzarətsiz qoyanlar, başlı-başına buraxanlar və ya onlara qarşı zorakılıq edənlər qanunla məsuliyyətə cəlb olunur və ya cərimələnirlər.
Heyvanlara qayğı göstərmək, ətraf mühiti təmiz saxlamağı da nəzərdə tutur. Şəhər hakimiyyəti rəsmiləri ev heyvanları sahiblərini dördayaqlı dostları gəzdiyi yerləri təmizləməyi məsləhət görürlər. Buna riayət etməyən, 100 dollar cərimələnəcəkdir.
ABŞ-da uşaqları erkən yaşlarından heyvanlara qayğı göstərməyə öyrədirlər. On minlərlə balacalar xüsusi təhsil proqramları vasitəsilə heyvanlarla tanış olur, onları anlamağa və hörmət etməyə öyrənirlər. Belə təmaslar uşaqların qəlbində xeyirxahlıq, məhəbbət və qayğıkeşlik hissi yaradır. Bunlar isə həyatda həmişə lazım olan keyfiyyətlərdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]
Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir
- 02.10.2026 [21:45]
Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub
- 02.10.2026 [21:40]
Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb
- 02.10.2026 [21:38]
Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb
- 02.10.2026 [21:17]
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub
- 02.10.2026 [20:35]
Bu saata olan əsas xəbərlər
- 02.10.2026 [20:00]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [19:30]
“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar
- 02.10.2026 [19:23]
Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur
- 02.10.2026 [19:18]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB
- 02.10.2026 [19:15]
YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar
- 02.10.2026 [19:04]
Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib
- 02.10.2026 [19:02]
G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək
- 02.10.2026 [19:00]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 02.10.2026 [18:51]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:38]
Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub
- 02.10.2026 [18:33]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [18:32]
DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb
- 02.10.2026 [18:31]
Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK
- 02.10.2026 [18:29]
Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 02.10.2026 [18:29]
“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub
- 02.10.2026 [18:27]
“Bitcoin”in qiyməti 87 min dollara çatır
- 02.10.2026 [18:17]
Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib
- 02.10.2026 [18:12]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [18:08]
“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan
- 02.10.2026 [17:59]
Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib
- 02.10.2026 [17:58]
Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib
- 02.10.2026 [17:57]
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək
- 02.10.2026 [17:55]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [17:48]
Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər
- 02.10.2026 [17:43]
Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb
- 02.10.2026 [17:37]
AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər
- 02.10.2026 [17:36]
Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA
- 02.10.2026 [17:31]
Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib
- 02.10.2026 [17:30]
Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı
- 02.10.2026 [17:28]
Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir
- 02.10.2026 [17:26]
Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır
- 02.10.2026 [17:25]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [17:21]
Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb
- 02.10.2026 [17:15]
Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK
- 02.10.2026 [17:14]