Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Amerikan baharı” və ya siyasi macəraçılığın amerikan variantı

“Amerikan baharı” və ya siyasi macəraçılığın amerikan variantı

Bakı, 11 yanvar, AZƏRTAC

Son onillikdə Yaxın Şərq ölkələrində həyata keçirilmiş “Ərəb baharı” əməliyyatları, Qərb siyasət mütəxəssislərinin dediyinə görə, ərəb ölkələrinə siyasi, iqtisadi və sosial “bahar” gətirməli idi: demokratiya bərqərar olunmalı, insan haqları təmin olunmalı və ədalət qələbə çalmalı idi. Qərb texnoloqlarının hazırladığı ssenarilər üzrə Misir, Tunis, Liviya, Suriya, Yəmən və digər ərəb ölkələrində yerli hakimiyyətlərin devrilməsinə və Qərb dünyasının maraqlarını təmin etməyə hazır olan yeni siyasətçilərin hakimiyyətə gətirilməsinə hesablanmış inqilabların hamısı iflasa uğradı. Nə demokratiya gəldi, nə insan haqları təmin olundu, ədalətdən danışmaq isə ümumiyyətlə utanc bir məsələyə çevrildi. Qərb öz istəyinə nail ola bilmədi. 7-8 il öncə başlamış “bahar” inqilabları vətəndaş müharibəsinə çevrilərək hələ də ərəb xalqlarına siyasi xaos, iqtisadi-sosial fəlakət və mənəvi sarsıntılar yaşatmaqdadır. ABŞ və Avropa İttifaqı tərəfindən şirnikləndirilmiş çevrilişlərin yeganə qurbanı həmin ölkələrin xalqları oldu. İnkişafdan geri qalan ölkələrin xalqlarına xoşbəxtlik gətirməyi iddia edən Qərb siyasəti yeni əsrin ən böyük qaçqın dalğasını - xalqların növbəti kütləvi köçünü meydana gətirdi. “Ərəb baharı” on minlərlə şəhər və kəndlərin darmadağın olmasına, milyonlarla insanın öz ata-baba yurdundan didərgin düşməsinə və 1 milyona yaxın insanın həyatını itirməsinə səbəb oldu. “Ərəb baharı”nın istisinə qızınmayıb, tüstüsünə kor olan qaçqınlar isə dünyanın hər yerinə səpələndilər. Saysız-hesabsız qaçqın ordusunun böyük hissəsi ən təhlükəsiz məkan hesab etdikləri Türkiyəyə pənah gətirdi. Dünyanın ən inkişaf etmiş ölkələrinə sığınmış qaçqınlar isə hazırda ən sadə yaşam-məişət normalarının belə təmin olunmadığı qaçqın düşərgələrində sağ qalmaq uğrunda mücadilə aparırlar. Qərb növbəti dəfə, sadəcə, öz vədinə xilaf çıxmadı, həm də sabit həyatına zəhər qatdığı Şərq xalqlarına sahib çıxmadı. Nəticədə “Ərəb baharı” ərəb xalqlarına 1-ci və 2-ci dünya müharibələrinin Şərqi Avropa ölkələrinə yaşatdığı sarsıntılardan daha çox fəlakət gətirmiş oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin “Amerikan baharı” və ya siyasi macəraçılığın amerikan variantı” adlı məqaləsində yer alıb.

“Ərəb baharı” təkcə ərəbləri təsirləndirmədi. Avropa ölkələrində əsrlərboyu formalaşmış ənənəvi həyat tərzi ilə uyğunlaşa bilməyən bəzi qaçqınlar vaxtaşırı dünya gündəmini sarsıdan hadisələrin iştirakçılarına çevrilir, məhv edilmiş taleyinin qisasını “məhv edənlərdən” aldıqlarını düşünürlər. Qərb siyasəti bir qayda olaraq onları “islam terrorçuları” adlandırırlar, amma heç vaxt bu hadisələri doğuran səbəbləri və terrorçu adlandırdıqları bu şəxslərin motivasiyasını anlamaq və dərk etmək istəmirlər. Ən başlıcası isə hadisələrin bu yerə gəlib çatmasında öz günahlarını etiraf etməkdən çox uzaqdırlar.

Bu günlərdə Vaşınqtonun Kapitoli təpəliyində baş verənlər də “ərəb baharı”nı xatırladır və maraqlı bir sual doğurur. Dünyada azadlıq və demokratiya ənənələrinin nümunəsi sayılan, dünyanın ən böyük iqtisadi və hərbi gücünə sahib olan Amerikanın nəyi çatmır? Onlara niyə inqilab lazım oldu? Əlbəttə, ABŞ-da yaşanan gərginliyin ərəb ölkələrindəki kimi kənardan gətirilən “demokratiya” və “insan haqları” şüarları altında baş verdiyini iddia etmək mümkün deyil. Trampın 4 illik prezidentliyi dövründə işsizliyin ən aşağı həddə çatdırılması, ölkə iqtisadiyyatının yalnız müsbət dinamika üzrə inkişaf etməsi də təkzibedilməz faktlardır. 2016-cı il seçkilərində olduğu kimi Rusiyanın “kiber-müdaxiləsi” də söz konusu deyil. Amerika Konqresinə hücum həm respublikaçıları, həm də demokratları o qədər çaşdırıb ki, növbəti dəfə Rusiya və Çin kimi vahiməli “düşmənləri” günahlandırmaq da siyasi texnoloqların yadına düşməyib. Trampın başa çatmaqda olan prezidentliyi dönəmində onun idarəçiliyinə qarşı irad tutula biləcək yeganə səbəb pandemiyanın qarşısının alınmasında hökumətin yarıtmaz fəaliyyəti ola bilərdi. Amma üsyançıların səsləndirdiyi əsas tələb şüarı seçki saxtakarlığı ilə bağlı idi. Səslərin yenidən sayıldığı bir neçə ştatda və son olaraq Corciya ştatında da bu ehtimal təsdiq olunmadı. Faktiki olaraq inqilab doğuracaq heç bir səbəb yox idi.

Adətən, rəngli inqilablar dünyanın başqa bölgələrində baş verdikdə onların səbəbləri insan haqları, demokratiya və sair bu kimi şüarlarla izah olunurdu. Amma ABŞ-da eyni hadisənin baş verməsi göstərdi ki, “ərəb baharı” tipli inqilabların səbəbi heç də demokratiyanın yoxluğu, insan haqlarının qorunmaması və hökumətin fəaliyyətinin yarıtmazlığı ilə bağlı deyil. Səbəb daha sadə imiş. Bəzən ABŞ-dakı kimi cəmi bir neçə nəfərin həyatına son qoyan, digər ölkələrdə isə milyonlarla insanın taleyinə bədbəxtlik gətirən rəngli inqilabların səbəbi sadəcə bir və ya bir neçə adamın siyasi macəraçılığı ilə bağlıdır. Trampın macəraçılığı isə heç kimdə şübhə doğurmur. Beləliklə, 4 illik hakimiyyət dövrü siyasi macəralarla yadda qalacaq Tramp dünyanın ən qənaətbəxş ölkəsində inqilabi vəziyyət yaratmağa nail oldu. Konqres binası qarşısındakı nümayişçilər addım-addım binaya daxil olduqca Trampın növbəti 4 il üçün hakimiyyəti ələ keçirmək həvəsi də artırdı. Ona açılan zənglər, edilən xahişlər də hakimiyyət hərisini öz tərəfdarlarına müraciət edərək qeyri-qanuni hərəkətlərdən çəkindirməyə sövq edə bilmədi. Ən yaxın silahdaşlarının, o cümlədən vitse-prezident Maykl Pensin də müraciəti eşidilmədi və nəhayət, ölkənin 2-ci adamı M.Pens baş verən hadisələrin qarşısını almaq üçün Konqres binasına polis qüvvələri yeridilməsi haqqında əmr verməli oldu. Vaşinqton meri saat 6-dan etibarən komendant saatının tətbiq olunduğunu elan etdi. Hadisələrin daha təhlükəli istiqamətə yönəlməsinin qarşısı alındı və nəhayət, Tramp da hələlik təslim oldu.

Bu hadisələrdən belə nəticə çıxarmaq olar ki, rəngli inqilabın baş verməsi üçün cəmiyyətdə siyasi, iqtisadi-sosial, humanitar və sair böhranların baş verməsi heç də əsas şərtlər deyil. Bu cür inqilabların əsas determinantı siyasi macəraçılıq zəminində baş tutan təxribatlardır. Təxribata uyan varsa, deməli inqilabi şəraiti yaratmaq üçün sadəcə siyasi macəraçılığı sevən təxribatçı lazımdır. “Ərəb baharları” təcrübəsi də göstərir ki, inkişafdan geri qalmış, kütləvi savadsızlığın hökm sürdüyü cəmiyyətlərdə belə təxribatçıların tapılması heç də çətin iş deyil. Əfqanıstanda Bin-Ladenin, Misirdə Mürsinin, İraqda Əl-Bağdadinin, Ermənistanda Paşinyanın siyasi macəraçılıq zəminində hansı təxribatlara getdiyi və hansı nəticələrə yol açdığı göz qabağındadır. Görünür hakimiyyət hərisi olan siyasi macəraçıların daha mükəmməl siyasi texnologiyalara yiyələnməyə və məhz vicdanlı siyasi rəqabət yolu ilə hakimiyyətə gəlməyə səbirləri çatmır. Nəticədə siyasətdən uzaq və uzaq olduğu qədər də günahsız olan minlərlə, bəzən yüz minlərlə insan bu macəraların qurbanı olurlar.

Əlbəttə, Amerika Liviya və ya Suriya deyil. Orada siyasi xarakterli qeyri-qanuni cəhdlərin qarşısı dərhal və qətiyyətlə alınır. Amma ABŞ və Qərb ölkələri eyni yanaşmanı başqa ölkələrin siyasi hakimiyyətləri üçün məqbul saymır. Əslində bu da Qərb siyasətinin başqa ölkələrin xalqlarına, onların hüquqlarına sərgilədiyi macəraçı münasibətin təzahürü və qeyri-qərb cəmiyyətlərində alovlandırılan rəngli inqilablara “demokratiya” və “insan haqları” adlı siyasi don geyindirmək cəhdləridir.

Təbii ki, sadə xalq kütlələrinin belə mürəkkəb oyunları anlamaq imkanı məhduddur. Siyasət mürəkkəb elmdir. Siyasət bütün elmlərin, elm hesab olunan və olunmayan çoxsaylı xarakter, vərdiş və bacarıqların mürəkkəb kombinasiyalarından yapılan siyasi gedişlər, uğurlar, məğlubiyyətlər və qələbələr silsiləsidir. Bu gedişlərdə məğlubiyyəti də, qələbəni də siyasi əxlaqa söykənən ləyaqətlə qəbul etmək əsas şərtdir. Bu şərti qəbul etməyib siyasi hakimiyyətə gəlmək üçün bütün vasitələri məqbul hesab edənlərin siyasət kimi mürəkkəb məsələlərdən uzaq durması həm özləri üçün, həm də mənsub olduqları xalqlar üçün daha faydalı olacağı şübhəsizdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ BMT-də Rusiyanın əleyhinə olan bəyanatı dəstəkləməyib

Fransada fırtına olub, 26 nəfər xəsarət alıb

ABŞ Suriyanı “Terrorizmin sponsorları” siyahısından çıxarıb

ABŞ rəsmisi: İranla iqtisadi əlaqələri kəsməyən ölkələrə yeni sanksiyalar tətbiq olunacaq

Sabah paytaxtda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq

ABŞ-nin İrana 5 sahədə sanksiyalar tətbiq etdiyi məlum olub – YENİLƏNİB

İsmayıllıda avtomobil aşıb, sürücü ölüb

Prezident İlham Əliyevin sosial media hesablarında Özbəkistana dövlət səfərinə dair videoçarx paylaşılıb VİDEO

Almaniyanın və Norveçin şirkətləri arasında qaz tədarükünə dair müqavilə imzalanıb

Xalq artisti Tofiq Bakıxanovla vida mərasimi sabah Təzə Pir məscidində olacaq

Böyük Britaniyanın Baş naziri Ukraynaya dəstəyin davam edəcəyini açıqlayıb

Dünya okeanlarında temperatur rekord həddə çatıb

ADPU magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul elan edir

Avropa çempionatı: Azərbaycanın voleybol millisi Rumıniya komandasını məğlub edib

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın futbolçusu: Möhtəşəm atmosfer gözləyirik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

“Sabah”ın baş məşqçisi: Məsələni əlavə vaxta qalmadan həll edə biləcəyik VİDEO

Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub VİDEO

Türkiyədə Beynəlxalq Türk Akademiyasının VIII Yay Məktəbi fəaliyyətə başlayıb

Kəlbəcər şəhərinin ilk məzunu tələbə adını qazanıb

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Deputat: Özbəkistan Azərbaycanın Mərkəzi Asiyadakı ən böyük ticarət tərəfdaşıdır VİDEO

Tarixi köklərə söykənən strateji tərəfdaşlıq: Azərbaycan-Özbəkistan elm və təhsil diplomatiyasının zirvəsi

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

Ekspert: Azərbaycan ilə Özbəkistan arasında təhsil sahəsində yeni imkanlar yaranacaq VİDEO

“Könüllülər koalisiyası” Ukraynaya qoşun göndərmək planlarını təsdiq edib

Azərbaycan və Özbəkistan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında strateji körpü yaradır ŞƏRH

Bu saata olan əsas xəbərlər

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb

Dələduzluqda ittiham olunan şəxs Ukraynadan ölkəmizə ekstradisiya ediləcək

Paytaxtda 20-yə yaxın küçə və prospektdə təmir işləri aparılır

Məktəbəhazırlıq qrupları üzrə 59 minə yaxın sorğu yerləşdirilib

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

“Hapoel”in baş məşqçisi: “Sabah"ın heyətində əla futbolçular var VİDEO

Bakı-Daşkənd xətti regional əməkdaşlığın mühüm istiqamətinə çevrilir RƏY

Birinci sinfə qəbul üçün 121 mindən çox sorğu yaradılıb

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

İsrail klubunun qapıçısı: “Sabah”la çətin duelə hazırıq VİDEO

Şəhərətrafı qatarların hərəkət cədvəli müvəqqəti yenilənir

Oğurluqda təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya ediləcək

Qarabağ Universiteti ilə Özbəkistanın ali təhsil müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunur

Nazir: Azərbaycan-Özbəkistan sənədləri mühüm layihələrin icrası baxımından əhəmiyyət daşıyır

Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Bakıda keçiriləcək çimərlik güləşi yarışlarının azərbaycanlı hakimləri müəyyənləşib

“İri Şəhərlərin Su Təchizatı” QSC: Əhali abonentlərinin 79,89 faizi CİS bazasına inteqrasiya olunub

Hakan Kılıç: Azərbaycan Prezidentinin Özbəkistana səfəri Türk dünyası baxımından mühüm hadisədir

Fransada irqçiliyə yol verən hərbçilərlə bağlı araşdırma başlayıb

İxtisas seçiminin nəticələri açıqlanıb: 58 min 947 nəfər ali məktəblərə qəbul olunub YENİLƏNİB

Azərbaycan-özbək ədəbi əlaqələri qarşılıqlı tərcümədən elmi əməkdaşlığa doğru inkişaf edir

Xətai rayonunun bəzi ərazilərinə içməli suyun verilməsində fasilə yaranacaq

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

Özbəkistan komandasının məşqçisi: Futbol insanları birləşdirir VİDEO

® “Lombard” kreditinə illik 10 faizədək endirim – ŞƏRTLƏR

Bişkekdə kibertəhlükəsizlik festivalı olacaq

Azərbaycan-Özbəkistan nəqliyyat əlaqələri geniş perspektivə malikdir - ŞƏRH

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Politoloq: Cənubi Qafqazla Mərkəzi Asiyanın birləşməsinə şahidlik edirik VİDEO

Mütəxəssis: Xəzər sahillərində şəhərsalma layihələri səviyyə dəyişmələri nəzərə alınmaqla həyata keçirilməlidir

“LaGazetteaz” Prezident İlham Əliyevin Özbəkistan səfərinin mühüm məqamlarını işıqlandırıb

“Bir yay, min xatirə” yay düşərgəsi çərçivəsində daha beş təlim və seminar təşkil olunub

Azərbaycan-Özbəkistan münasibətləri sərgi fəaliyyətində də öz əksini tapır

Çempionlar Liqası: “Sabah” – “Hapoel” matçına 20 minə yaxın bilet satılıb

Gülşən Kəngərli: Azərbaycan ilə Özbəkistan arasında tələbə və elmi əməkdaş mübadiləsi uğurla aparılır

Göyçayda ilan sancan 40 yaşlı kişi xəstəxanaya yerləşdirilib

Özbək professor: Elm və təhsil xalqlarımızı birləşdirən ən dayanıqlı körpülərdən birinə çevriləcək

Rektor: ADMİU ilə Özbəkistanın ali təhsil və incəsənət müəssisələri arasında əlaqələr yeni mərhələdədir

Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Biomüxtəlifliyin aktual problemlərinə dair II respublika elmi-praktik konfransı təşkil olunacaq

DSMF Tovuzda ictimai dinləmə təşkil edib

Ekspert: Azərbaycan bankının Özbəkistan bazarına daxil olması milli biznesin bu ölkədə genişlənməsinə paralel atılan addımdır

“ASAN xidmət” və Özbəkistanın Dövlət Xidmətləri mərkəzləri arasında təcrübə mübadiləsi aparılacaq

Özbəkistanlı deputat : Azərbaycanla münasibətlərimiz konkret imkanlar diplomatiyasına keçid edir

Paytaxtın bu ərazisində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Rəcəb Tayyib Ərdoğan: Türkiyə regionda sabitliyi pozmaq cəhdlərinin əleyhinədir

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar VİDEO

Buxara şəhərində “Ark” qalası ilə tanışlıq VİDEO

Azərbaycanın və Özbəkistanın potensialının bir-birini tamamlaması Orta Dəhlizin inkişafında ciddi imkan yaradır Təhlil

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar YENİLƏNİB VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Qubada III “Ulduz Cup” beynəlxalq futbol turnirinin açılışı olub VİDEO

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində bürünc medal qazanıb

“Yanardağ” qoruğunu ən çox hansı ölkələrin vətəndaşları ziyarət edib?

Ekspert: Azərbaycan-Özbəkistan nəqliyyat əməkdaşlığının perspektivi Orta Dəhlizin inkişafı ilə bağlıdır

İmtahan vermədən AzTU-da ikinci təhsil almaq şansı

Zərifə Quliyeva: Əbədiləşən Özbəkistan-Azərbaycan dostluğu iki qardaş xalqın münasibətlərini yeni mərhələyə yüksəldir

Almaniyanın ikinci milyarderi Klaus-Mixael Kühne vəfat edib

Allergenlərin qida məhsullarının etiketində göstərilməsinə dair yeni tələblər müəyyənləşdirilib

ATMU tələbələri Özbəkistanda keçirilən beynəlxalq yay məktəbində iştirak ediblər

Türkiyəli yazıçı: Azərbaycan türkləri Çanaqqala müharibəsini özlərindən ayrı görmədilər

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 6 nəfər saxlanılıb VİDEO

Endi Börnhem yeni evlənən cütlüyə sürpriz edib

Peşəkar təcrübəsi və müasir tibbi yanaşmalara verdiyi önəmlə seçilən həkim

Siyasi şərhçi: “Əbədi dostluq” iki qardaş ölkənin gələcəyə birlikdə baxmaq iradəsinin ifadəsidir

Azərbaycan və Latviya əmək bazarı və məşğulluq sahəsində təcrübə mübadiləsi aparır

Tanınmış futbolçu Fabinyo “Trabzonspor”a keçib

Azərbaycan və Özbəkistan Türk dünyasının birliyinin möhkəmlənməsində mühüm rol oynayır - ŞƏRH

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarına yeni baş məşqçilər təyin olunub

HTP qalibi: Çində əldə edəcəyim bilikləri Azərbaycanın neft-qaz sənayesinə tətbiq etmək istəyirəm

Arif Əsədov: “Neftçi” düzgün yoldadır

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

Cənubi Qafqazın 8 min illik tarixi - Göytəpədə arxeoloji tədqiqatlar davam etdirilir VİDEO

® Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə “ABB Davr” Bank layihəsinin açılışı oldu!

M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Naxçıvanda 26 yaşayış məntəqəsi üzrə 420 kilometr avtomobil yolu əsaslı təmir olunacaq – Açıqlama VİDEO

Aygün Süleymanova: Azərbaycan–Özbəkistan teatr əlaqələri dərin tarixi köklərə malikdir

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb