Analitik şirkət: Aİ-də sosial şəbəkə reklamlarının əsas hissəsi fırıldaqçılıqla bağlıdır
Brüssel, 12 fevral, AZƏRTAC
Avropa İttifaqına (Aİ) üzv ölkələrdə sosial şəbəkələrdə yayımlanan reklamların əsas hissəsi istifadəçilər üçün risk daşıyır.
AZƏRTAC xəbər verir ki, “Juniper Research” analitik şirkətin son araşdırmasına əsasən, Aİ məkanında hər yeddi reklamdan biri fırıldaqçılıq məqsədi güdür. Bu tip elanlar əsasən saxta investisiya imkanları, mövcud olmayan xidmətlər və ya məhsullar vasitəsilə insanları aldadır.
Tədqiqatda qeyd olunur ki, 2025-ci ildə bu cür “scam” reklamlar təkcə Çexiya istifadəçiləri üzərindən platformalara təxminən 139 milyon avro qazanc gətirib ki, bu da ölkədə sosial media reklam gəlirlərinin 14 faizdən çoxunu təşkil edir.
Mütəxəssislərin fikrincə, bu reklamlardan əldə olunan gəlir onların qarşısının alınmasına çəkilən xərcləri üstələdiyi üçün problem dərinləşir.
Mövcud tendensiya dəyişməsə, 2030-cu ilə qədər Avropada fırıldaqçı reklamların həcmi daha da artacaq və istifadəçilər bu məzmunla daha tez-tez qarşılaşacaqlar. Araşdırma reklamverənlər üzərində daha sərt nəzarətin vacibliyini göstərir.
Vüqar Seyidov
AZƏRTACın xüsusi müxbiri
Brüssel
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.02.2026 [14:15]
Aİ liderləri Avropanın gələcəyini müzakirə etmək üçün yenidən toplaşırlar
- 12.02.2026 [13:27]
“Nils” fırtınası Fransada ciddi problemlər yaradıb
- 12.02.2026 [12:42]
“Mercedes-Benz”in xalis gəliri ötən il iki dəfə azalıb
- 12.02.2026 [12:23]