İQTİSADİYYAT
Anar Quliyev: Şəhərlərin Baş planlarının hazırlanmasında beynəlxalq təcrübədən istifadə olunur
Bakı, 24 dekabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə kəndlərin, şəhərlərin salınması məsələsi, infrastrukturun qurulması mühüm məsələ kimi qarşıda durur.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dekabrın 24-də “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” mövzusunda keçirilən konfransda deyib.
Böyük Qayıdışa dair Dövlət Proqramı əsasında görülən işlərin vahid mərkəzdən idarə olunmasının əhəmiyyətini qeyd edən Komitə sədri bildirib ki, şəhərlərin Baş planlarının hazırlanması zamanı müasir tendensiyalar nəzərə alınır, beynəlxalq təcrübədən istifadə olunur. Həyat səviyyəsinin yüksəldilməsi, infrastrukturun müəyyən edilməsi üzrə mühüm quruculuq işləri həyata keçirilir.