Anım Günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində də silsilə tədbirlərlə qeyd edilib VİDEO
Beyləqan, 27 sentyabr, AZƏRTAC
Anım Günü Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində də silsilə tədbirlərlə qeyd olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, idarə, müəssisə və hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, veteranlar Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsindəki Şəhidlər abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Sonra Qəhrəmanlar Parkına yürüş keçirilib. Həmçinin Şəhidlər xiyabanında Vətən uğrunda canlarını fəda edən qəhrəmanların məzarları ziyarət olunub.
Daha sonra şəhidlərin xatirəsinə həsr olunan ağacəkmə aksiyası keçirilib. Günboyu davam edən aksiyada 500-dən çox müxtəlif növ fidan əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib.
Saat 12:00-da sükut dəqiqəsi elan olunub, səs siqnalları verilib.