Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Bakı, 1 iyun, AZƏRTAC

31-ci “Baku Energy Week” (Bakı Enerji Həftəsi) çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan “Baku Energy Forum” öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, forumun ilk günündə energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində sessiya təşkil olunub.

Sessiyada çıxış edən Pərviz Şahbazov bildirib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan və Xəzər regionunun qlobal enerji xəritəsində mövqeyinin möhkəmlənməsinə mühüm töhfə verən bu platforma hazırda yaşıl enerji tərəfdaşlıqları və Azərbaycanın investor kimi iştirakı ilə yeni strateji mərhələyə qədəm qoyub. O, qlobal enerji bazarlarında müşahidə olunan çağırışlara toxunaraq deyib ki, son dövrlərdə baş verən geosiyasi hadisələr və təchizat riskləri enerji təhlükəsizliyi məsələsini, bu yeni reallıqda ölkəmizin rolunu daha da aktuallaşdırıb.

“Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlarla birləşdirən Azərbaycan həm etibarlı enerji təchizatçısı, həm də Xəzər regionunu Orta Dəhlizin əsas logistika və regional bağlantılar qovşağına çevirən mühüm strateji aktordur. Əgər XX əsrdə enerji gücü əsasən hasilatla ölçülürdüsə, XXI əsrdə bu gücü müəyyən edən əsas amillər təhlükəsiz marşrutlar, bağlantılar və etibarlı tərəfdaşlıqlardır. Azərbaycan isə bu üstünlükləri özündə birləşdirən nadir ölkələrdən biridir”, - deyə nazir bildirib.

Pərviz Şahbazov qeyd edib ki, neft və qaz sektorunda qlobal investisiya məhdudiyyətlərinə baxmayaraq, Azərbaycanın hasilat sənayesi yeni inkişaf mərhələsinə daxil olur. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk sərbəst qaz hasilatına başlanması, “Qarabağ” neft yatağı, “Şahdəniz Kompressiya”, “Abşeron” yatağının tammiqyaslı işlənməsi, “Ümid” II mərhələsi və “Bahar-Qum dəniz” layihələri, həmçinin quruda və dənizdə aparılan kəşfiyyat layihələri, eləcə də Yaxın Şərq, Mərkəzi Asiya və Afrikada SOCAR-ın investisiyaları ölkəmizin uzunmüddətli etibarlı enerji təchizatçısı mövqeyini daha da möhkəmləndirəcək. Ötən il Avropa İttifaqının boru kəməri ilə qaz idxalının 8,1 faizinin Azərbaycanın payına düşdüyü vurğulanaraq bildirilib ki, ötən il və bu ilin ilk 4 ayında Avropa 16,7 milyard kubmetr, Türkiyə 12,8 milyard kubmetr, Gürcüstan 3,3 milyard kubmetr, Suriya isə 800 milyon kubmetr Azərbaycan qazı ilə təchiz edilib.

Nazir enerji keçidinin qlobal enerji təhlükəsizliyinin əhəmiyyətini azaltmadığını vurğulayaraq bildirib ki, nəqliyyat, sənaye və kimya sektorlarında neft uzun müddət mühüm rol oynamaqda davam edəcək. Süni intellekt, data mərkəzləri və rəqəmsallaşmanın təsiri ilə elektrik enerjisinə tələbatın sürətlə artması isə təbii qazın enerji balansındakı strateji mövqeyini qoruyub saxlayır. Bununla yanaşı, enerji keçidi kritik minerallar və dayanıqlı təchizat zəncirlərinin əhəmiyyətini artıraraq enerji təhlükəsizliyini milli təhlükəsizliyin əsas elementlərindən birinə çevirir.

Energetika naziri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, neft-qaz və bərpaolunan enerji resurslarının balanslı inkişafına, enerji marşrutlarının və bağlantılarının şaxələndirilməsinə əsaslanan enerji siyasəti müasir qlobal çağırışlarla tam uzlaşır. Bu siyasət ölkəyə həm enerji təhlükəsizliyinə töhfə verməyə, həm də yaşıl enerji gündəliyini uğurla həyata keçirməyə imkan yaradır. Qeyd edib ki, Azərbaycanın 2032-ci ilədək 8 giqavat (QVt) bərpaolunan enerji güclərinin yaradılması planı uğurla icra olunur. Bu güclərin 2 QVt-lıq hissəsinin gələn il milli enerji sisteminə inteqrasiyası tamamlanacaq. Bərpaolunan enerjinin payının 2035-ci ilədək 43 faizə çatdırılması məqsədilə şəbəkə tədqiqatları isə yekunlaşmaq üzrədir. Həmçinin bildirilib ki, “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsinin texniki-iqtisadi əsaslandırmasının bu ilin iyul ayında tamamlanması gözlənilir. “Mərkəzi Asiya-Azərbaycan Enerji Dəhlizi”nin texniki-iqtisadi əsaslandırmasının isə 2027-ci ilin mayında yekunlaşdırılması planlaşdırılır.

“Azərbaycan və Türkiyənin strateji birliyi və liderliyi ilə “Azərbaycan-Türkiyə Enerji Qovşağı” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihələri də aktiv icra mərhələsinə daxil olub. Xüsusilə, dövlət başçısının regiona sülh gətirən və onu bağlantılar vasitəsilə möhkəmləndirən siyasətinin nəticəsi olan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu Mərkəzi Asiya-Azərbaycan-Türkiyə-Avropa enerji arxitekturasının formalaşması üçün strateji zəmin yaradır”, - deyə nazir əlavə edib.

Panel sessiyada çıxış edən Ukraynanın energetika naziri Denis Şmıqal Azərbaycanın ölkəsinin enerji infrastrukturunun dayanıqlığının qorunmasına mühüm dəstək göstərdiyini deyib.

“Azərbaycan xüsusilə ötən qış ölkənin enerji dayanıqlığının təmin olunmasına mühüm töhfə verib. Azərbaycanlı dostlarımız generatorlar, transformatorlar, kabel məhsulları və digər kritik avadanlıqlar təqdim etdilər. Bu dəstək bizə qışı keçirməyə, hazırda isə növbəti qış mövsümünə hazırlaşmağa kömək edir”, – deyə o vurğulayıb.

Nazir qeyd edib ki, tammiqyaslı müharibə dövründə Azərbaycan Ukraynaya ümumilikdə 11 enerji dəstəyi paketi təqdim edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar isə Azərbaycanla ölkəsinin enerji sahəsində nümunəvi əməkdaşlıq etdiyini bildirib. Qeyd edib ki, hər iki ölkə həm öz enerji təchizatı təhlükəsizliyinə, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Nazir bildirib ki, nisbətən məhdud investisiyalar ilə TANAP boru kəmərinin ötürücülük qabiliyyətini artırmaq mümkündür. Eyni zamanda, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında planlaşdırılan elektrik enerjisi bağlantısı layihəsi gələcəkdə Orta Asiyaya qədər uzadıla bilər. Bu layihə regional elektrik ticarətini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Sessiyada Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, Qazaxıstanın energetika naziri Erlan Akkenjenov, Qırğız Respublikasının energetika naziri Taalaybek İbrayev, Misirin Neft və Mineral Ehtiyatlar naziri Karim Badavi, Moldovanın energetika naziri Dorin Junqetu, Banqladeş Xalq Respublikasının Hökumətinin Energetika və Mineral Ehtiyatlar naziri İqbal Həsən Mahmud çıxış ediblər.

Daha sonra Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) və Energetika Nazirliyinin birgə təşkilatçılığı ilə Mərkəzi Asiyada Enerji keçidi üzrə növbəti İnvestisiya Forumu keçirilib. Çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, ilk dəfə COP29 çərçivəsində təşkil olunan forum artıq enerji keçidi, investisiyalar və regional əməkdaşlıq üzrə davamlı dialoq platformasına çevrilib. Nazir qeyd edib ki, IRENA tərəfindən irəli sürülən APRECA təşəbbüsü Mərkəzi Asiya ilə qonşu regionlar arasında bərpaolunan enerji və kritik materiallar sahəsində əlaqəliliyin gücləndirilməsi, enerji keçidinin sürətləndirilməsi və investisiya imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır.

Qeyd olunub ki, enerji təhlükəsizliyi, iqlim hədəfləri, texnoloji yeniliklər və artan enerji tələbatı qlobal enerji sistemində yeni reallıqlar formalaşdırır. Süni intellekt və data mərkəzlərinin sürətli inkişafı elektrik enerjisinə tələbatı artırarkən, enerji sistemlərinin və şəbəkələrin bu transformasiyaya uyğunlaşdırılması əsas prioritetlərdən birinə çevrilib.

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsinin regional enerji inteqrasiyasının ən mühüm təşəbbüslərindən biri olduğu vurğulanıb. Bildirilib ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış Strateji Tərəfdaşlıq Sazişi “Trans-Xəzər Enerji Dəhlizi”nin yaradılması istiqamətində mühüm əsas formalaşdırıb.

“Azərbaycan Prezidenti İlham Əliyevin Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionlarını vahid geosiyasi məkana çevirən, ölkələrimiz arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini möhkəmləndirən siyasətində bərpaolunan enerji sahəsində əməkdaşlığın inkişafı mühüm yer tutur. Tarixdə ilk dəfə ölkələrimizin elektrik enerjisi sistemlərini birləşdirəcək strateji əhəmiyyətli “Trans-Xəzər Enerji Dəhlizi”nin yaradılması bu siyasətin əsas prioritetləri ilə tam uzlaşır. Eyni zamanda, bu layihə Avropanı Xəzər dənizi vasitəsilə Asiya və Çinlə birləşdirən Orta Dəhlizin yaşıl enerji körpüsü kimi inkişafına geniş imkanlar yaradır”, - deyə nazir bildirib.

Sonra IRENA-nın baş direktoru Françesko La Kamera və COP31-ə ev sahibliyi edəcək Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da çıxış edib.

Forum APRECA regionunda bərpaolunan enerji əsaslı enerji keçidinin təşviqinə dair Nazirlər Dialoqu ilə davam edib. Enerji keçidinin maliyyələşdirilməsi, regional enerji bağlantılarının inkişafı, bərpaolunan enerji layihələrinə investisiyaların təşviqi və Mərkəzi Asiya ilə qonşu regionlar arasında əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub. Tədbirdə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov, Qırğızıstanın energetika naziri Taalaybek İbrayev, Tacikistanın energetika və su ehtiyatları nazirinin müavini Şərif Səfərəli Məhmədzoda, həmçinin “ACWA Power” şirkəti, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və UNIDO təşkilatının nümayəndələri iştirak edib. BMT Baş katibinin müavini və BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) İcraçı katibi Armida Salsiya Alişahbana isə foruma videoformatda qatılıb.

Tədbir çərçivəsində Azərbaycanın enerji keçidi sahəsində uzunmüddətli baxışını əks etdirən “Azərbaycan üçün Dayanıqlı İnkişaf Məqsədi 7 üzrə Yol Xəritəsi” sənədi də təqdim edilib. Forumun ilk günündə, həmçinin D-8 Üzv Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilib.

“Baku Energy Forum”da ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında 60-dək spiker yer alır.

Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır. “Baku Energy Week”in yüksəksəviyyəli və strateji dialoq platforması olan forum uzun illər ərzində regionda konstruktiv və balanslı enerji müzakirələrinin aparıldığı əsas mərkəzlərdən birinə çevrilib. Builki forum davamlı və şaxələndirilmiş enerjinin gələcəyi, enerji transformasiyası və gələcək strategiyaları, yaşıl enerji sahəsində genişlənə bilən layihələr və ixrac perspektivləri və digər vacib mövzuları əhatə edir. “Baku Energy Forum”un beynəlxalq nüfuzu və strateji əhəmiyyəti tədbirə qatılan yüksəksəviyyəli rəsmilərin və beynəlxalq enerji təşkilatlarının rəhbərlərinin forum iştirakçılarına ünvanladıqları müraciətlərdə aydın şəkildə əks olunur. Foruma Energetika Nazirliyi dəstək göstərir, SOCAR isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. Foruma əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən irimiqyaslı şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Forumunda yüksəkrütbəli qonaqlar iştirak edir.

“Baku Energy Forum”un beynəlxalq enerji gündəliyində mühüm platformaya çevrilməsi və tədbirə göstərilən yüksək etimad nəticəsində bu il də aparıcı beynəlxalq təşkilatlar və dövlət qurumları öz xüsusi tədbir və sessiyalarını məhz forum çərçivəsində təşkil etmişlər. Bu, Forumun qlobal enerji dialoqu, regional əməkdaşlıq və strateji təşəbbüslərin müzakirəsi üçün mühüm platforma kimi rolunu bir daha təsdiqləyir.

Forumun gündəliyi olduqca zəngindir. Tədbir çərçivəsində yüksəksəviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar keçirilib.

Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə edən geniş və çoxşaxəli gündəmlə keçirilir. Eyni zamanda, Bakı Enerji Forumu zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilir. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunur.

Forum çərçivəsində aparılan müzakirələr enerji sahəsində innovasiyaların tətbiqi, regional və qlobal əməkdaşlığın gücləndirilməsi, həmçinin dayanıqlı və çevik enerji sistemlərinin qurulması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu tədbir həm də Azərbaycanın enerji siyasətinin strateji prioritetlərini və Xəzər regionunun yaşıl enerji potensialını beynəlxalq ictimaiyyətə təqdim etmək baxımından vacib platformadır.

Tədbirin iştirakçıları, eləcə də tərəfdaşları və sponsorları sırasında “ABB”, “Acwa”, “AZEL Systems LLC”, “Baku Steel Company”, bp, “ExxonMobil”, “XRG”, “Gap İnşaat”, “GL”, “Gran Tierra Energy”, “Inpex”, “INTI”, “KMPG”, “Kolin İnşaat”, “Masdar”, “MOL Group”, “SLB”, “Umid Babek Operating Company (UBOC)”, “TotalEnergies” və “Türkiye Petrolleri AO” kimi nüfuzlu şirkətlər yer alır. Tədbirin rəsmi avtomobil sponsoru “Imotors” MMC-dir. Bundan əlavə, Bakı Enerji Forumunun intellektual tərəfdaşı qismində “Boston Consulting Group” çıxış edir. “Deloitte” forumun konsultativ tərəfdaşıdır.

Tədbirin rəsmi bankı qismində ölkənin aparıcı korporativ maliyyə institutu PAŞA Bank çıxış edir. PAŞA Bank beynəlxalq maliyyə nəşri International Investor Magazine tərəfindən 2026-cı il üzrə “Azərbaycanın ən yaxşı bankı” və “Azərbaycanın ən yaxşı KOS bankı” adına layiq görülüb. Bank son illərdə Euromoney və Global Finance kimi nüfuzlu beynəlxalq nəşrlər tərəfindən bir sıra mükafatlarla təltif olunub. Eyni zamanda, Stevie Awards tərəfindən “İlin şirkəti” nominasiyasında “Gold Stevie” mükafatını qazanan ilk Azərbaycan bankı olub.

Tərəfdaşlar arasında “Absheron Hotel Group”, “Accurate MMC” və “Bilbord.al” şirkətləri yer alır. “Baku Energy Forum”un təşkilatçıları “Iteca Caspian” və onların beynəlxalq tərəfdaşları olan “ICA Events” və “Caspian Event Management FZ-LLC” şirkətləridir. Tədbir Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) tərəfindən dəstəklənir.

Forum işini iyunun 2-də davam etdirəcək.

Fotoqraf - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov

 

Bakı Enerji Həftəsinin ilk günü başa çatıb - YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım çatdırılıb

Avropa İttifaqı inkişaf etməkdə olan dövlətlərdə iqlim maliyyələşdirməsinə 32,3 milyard avro ayırıb

Baş prokuror: Dost ölkələrlə əlaqələrin qarşılıqlı maraqlar əsasında qurulması uğurlu əməkdaşlığa zəmin yaradır

Kənd təsərrüfatında rəqəmsal və süni intellekt həlləri üzrə təlimçilərin hazırlanması proqramı yekunlaşıb

“Google” kibertəhlükəsizlik üçün “Gemini 4 Carbon” süni intellekt modelini təqdim edib

“AzerGold” 20-ci Beynəlxalq “MiningMetals” sərgisində iştirak edib

Azərbaycan və Avstraliya alimləri süni intellekt sahəsində fundamental problemi həll ediblər

Azərbaycan Kubokunda 1/8 finalın bütün iştirakçıları və cütlükləri bəlli olub

Kamran Əliyev: Azərbaycanın və Rusiyanın prokurorluq orqanları arasında yüksəksəviyyəli işgüzar münasibətlər mövcuddur

Daşkənddə iki dahi mütəfəkkirin irsi – Azərbaycan-Özbəkistan dostluğunun parlaq təzahürü kimi geniş təhlil edilib

Rusiyalı futbolçu: Biz “Real Madrid”i məğlub etmişiksə, “Sabah” da “Barselona”ya qalib gələ bilər - MÜSAHİBƏ

Gənc tədqiqatçılar arasında “Ən yaxşı elmi məruzə” müsabiqəsinə başlanılır

“Qarabağ”ın baş məşqçisi və futbolçuları Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər

Ali məktəb tələbələri üçün “İctimai diplomatiya” adlı dərslik çap olunub

“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik

Macarıstan 2030-cu ilədək avro zonasına qoşulmağı hədəfləyir

Dünya İqtisadi Forumu Azərbaycanın rəqəmsal ticarət potensialına dair hesabat dərc edib

Polşalı ultraüzgüçü: “Oceanman Azerbaijan” dünyanın ən yaxşı yarışlarından biri ola bilər

Beyləqanda “Aqrar sahədə dövlət dəstəyi mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib

“Anacan” anaların gündəlik qayğılarını rəqəmsal həllərlə asanlaşdırır - Startap

ÜST: Yəməndə son üç ayda davam edən eskalasiya nəticəsində təqribən 1700 nəfər ölüb

Baş direktor: “Oceanman Azerbaijan” idman turizminin inkişafına töhfə verəcək

Azərbaycanlı üzgüçü: Xəzər dənizində üzgüçülük üçün çox əlverişli şərait var

Rəylərin məhkəmədə ləğv edilməsi riski minimuma endirilir

Baş prokuror Səudiyyə Ərəbistanının Nəzarət və Korrupsiyaya Qarşı Mübarizə Orqanının rəhbəri ilə görüşüb

Azərbaycan ilə Slovakiya arasında hərbi sahədə əməkdaşlıq genişləndirilir

Ankarada Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti müzakirə olunub

CECECO Brüsseldə keçirilən 2026-cı il Hidrogen Həftəsində təmsil olunub

"Oceanman" layihəsinin təsisçisi: Əminəm ki, açıq suda üzgüçülükdə yeni səhifə yazacağıq

İspaniyada qatar qəzasında itkin düşmüş sərnişinlərin axtarışı davam edir

Kot-d’İvuar nümayəndəsi: Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yeni əməkdaşlıq imkanları yaradır

Bu ilin 9 ayında əvvəlki illərdə axtarışa verilmiş şəxslərin 87,2 faizi tutulub

ASF-nin vitse-prezidenti: “Oceanman” hər kəsin üzgüçülüyə marağını artıra bilər

Azərbaycançılıq ideologiyası milli kimliyimizin və ideoloji suverenliyimizin əsasını təşkil edir - ŞƏRH

Silahşünaslıq həm də xalqın maddi-mədəni irsinin göstəricisidir — Milli Xalça Muzeyində elmi konfrans

Elnur Məmmədov: “Oceanman” Azərbaycanda açıq suda üzgüçülüyün inkişafına töhfə verəcək

“Bakı Prosesi”nin əsas siyasi fəlsəfəsi fərqlilikləri qarşılıqlı zənginləşmə imkanı kimi qiymətləndirməkdir

Bu ilin 9 ayında qeydə alınmış cinayətlərin 90,5 faizi açılıb

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

Xankəndidə MDB ölkələri arasında antiinhisar əməkdaşlığının genişləndirilməsi müzakirə olunub YENİLƏNİB VİDEO

İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 69-a çatıb

Deputat: Azərbaycan beynəlxalq birliyin etibarlı və hörmətli üzvü kimi mövqeyini möhkəmləndirir

Siyasi şərhçi: Azərbaycançılıq ideologiyası milli birliyin və müstəqil dövlətçiliyin əsas dayaqlarıdır

Azərbaycanın kamandan oxatma millisi İraqda qızıl medal qazanıb

Əs-Sisi: “Əl-Dabaa” AES Misirin elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayacaq

Avropada baş verənlər demokratiyanın böhrana uğradığını göstərir - ŞƏRH

Kristin Laqard Davos forumuna rəhbərlik edə bilər

“Liverpul” Aleksey Batrakovun oyununu izləyəcək

Ramin Məmmədov: Azərbaycan beynəlxalq dialoqun inkişafına töhfə verir

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO

Baş nazir Əli Əsədov Gürcüstanda səfərdədir VİDEO

SEPAH: Hörmüz boğazında üç neft tankeri minaya düşüb

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Rusiya ordusunun Dneprdə elektrik qatarına hücumu nəticəsində 13 nəfər ölüb

Konstitusiya Məhkəməsi Palatasının iclasında Baş Prokurorluğun sorğusuna baxılıb

Azərbaycanın yeni dövr müzəffər hərb tarixinə aid dəyərli nəşr: “23 saat 43 dəqiqə”

Sabah Masallının bir sıra yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq

“PAŞA Holdinq” və SOCAR-ın dəstəyi ilə IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzi Azərbaycanda fəaliyyətə başlayır

Qazaxıstanda keçirilən alimlərin beynəlxalq forumunda Azərbaycan da iştirak edir

Avropa Komissiyası Macarıstanın 5,4 milyard avroluq müdafiə planını təsdiqləyib

Naxçıvanda xarici ticarət dövriyyəsinin həcmində artım qeydə alınıb

Cudi Çikaqo “Bakıya uçuş. İncəsənət həftəsonu” festivalında: “Qadınlar dünyanı idarə etsəydi, necə olardı?”- MÜSAHİBƏ

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Prezident YAP-ın VIII Qurultayında ölkəmizin gələcək inkişaf yolunun strateji xəritəsini müəyyənləşdirdi VİDEO

Azərbaycan mədəniyyətlərarası dialoq təşəbbüsləri ilə xarici siyasət prioritetləri arasında əlaqəni gücləndirir - ŞƏRH

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

BDYPİ: “Təmiz hava” aylığı çərçivəsində nəzarət-profilaktik tədbirlər davam etdirilir VİDEO

Şri-Lankada Afrika donuz taunu yenidən yayılıb, fermerlərə xəbərdarlıq edilib

Bakı, Sumqayıt və Abşeronda 10 mindən artıq kirayə müqaviləsi rəsmiləşdirilib

Qlobal istiləşmə İsveçrə Alplarında dağçılıq klublarını təhdid edir

® “Azərbaycan Hava Yolları” və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib

Britaniyada sosial şəbəkələrdə yaşın yoxlanılması üçün yeni üsullar açıqlanıb

Trampın BBC-yə qarşı 10 milyard dollarlıq iddiası rədd edilə bilər

Azərbaycan qlobal sülhün təminatçısı kimi: mədəniyyətlərarası dialoqdan beynəlxalq həmrəyliyə

Rusiya Azərbaycanın antiinhisar pozuntuları ilə bağlı təklifini dəstəkləyib

Elisso Bolkvadze: Sülhün qurulması həqiqi incəsənət, əsl musiqi və yüksək sənət deməkdir

RİNN və “Wonderful” şirkəti dövlət sektorunda süni intellektin tətbiqini genişləndirmək məqsədilə Anlaşma Memorandumu imzalayıb

Fransada alimləri və həkimləri dezinformasiyadan qoruyacaq qanun layihəsi hazırlanıb

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Laos – dünyada ən çox bombalanmış ölkə VİDEO

Fransada oğurlanmış dekorativ sualtı gəmi Besansonda tapılıb: iki nəfər saxlanılıb

Özbəkistan nümayəndə heyəti QHT Agentliyində olub

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Avropa Şurasının işgəncələr əleyhinə Komitəsi Fransanı sərt tənqid edib

Kristin Laqard gələn ilin fevralında vəzifəsindən istefa verəcək

Britaniyada yüzlərlə ailə həkimliyi mərkəzinin internet saytı çöküb

Azərbaycan Mətbuat Şurası məktəbdə baş verən hadisə ilə bağlı açıqlama yayıb

MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 62-ci iclasına Qırğızıstan ev sahibliyi edəcək

Azərbaycan İstanbulda 6-cı “Korkut Ata” Türk Dünyası Film Festivalında təmsil olunacaq

Cənubi Sudanda zorakılıqlar nəticəsində 84 nəfər ölüb

Yüksək enerji qiymətləri Avropanı çətin qışla üz-üzə qoyur

Fransız deputat: Emmanuel Makron “nifrət ideologiyalarının” yayılmasına imkan verib

BMU Çinin aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq memorandumu imzalayıb

Qazaxıstan MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının yeni sədri seçilib

SABAH.angels üzvləri Azərbaycan startapına 500 min manat investisiya yatırıb

Azərbaycan reallıqları ideoloji diversiyaları dəf etməyə tam əsas verir - ŞƏRH

Niderlandla əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracının artırılmasına töhfə verə bilər - ŞƏRH

Xəzər dənizinin səviyyə tərəddüdləri – alim iqlim və geoloji amillərin kompleks təsirindən danışıb

Kəskin soyuqlar Avropada qazın qiymətinin 130 avroyadək yüksəlməsinə səbəb ola bilər

Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib

Zəfər Gününə həsr olunmuş rəsm sərgisi və müsabiqə təşkil edilib

Baş prokuror Kamran Əliyev rusiyalı həmkarı ilə görüşüb

Dövlət Xidmətində oktyabr çağırışının yekunları müzakirə olunub

Azərbaycan klubunun kapitanı FIBA Avropa Kubokunda tarixi nəticəyə imza atıb

Sabahın hava proqnozu açıqlanıb VİDEO

Sabahın hava proqnozu açıqlanıb VİDEO