Animasiya peşəkarları və həvəskarları ilə görüş keçiriləcək
Bakı, 4 avqust, AZƏRTAC
Mədəniyyət Nazirliyi, Azərbaycan Animasiya Assosiasiyası və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə avqustun 5-də animasiya kinosu sahəsində çalışan peşəkarlar və həvəskarlarla görüş keçiriləcək.
AZƏRTAC xəbər verir ki, görüş animasiya kinosu sahəsində çalışan şəxslər arasında şəbəkələşmə, animasiya kinosunun mövcud vəziyyəti - dövlət, özəl və ictimai sektorlar arasında potensial əməkdaşlıq fəaliyyətlərinin qiymətləndirilməsi və Azərbaycan Animasiya Assosiasiyasının fəaliyyəti və layihələri barədə məlumatlandırma məqsədilə təşkil olunacaq.
Görüşdə Mədəniyyət Nazirliyinin nümayəndələri, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının sədr müavini Telman Məlikzadə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.09.2026 [14:28]
“İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi işıq üzü görüb
- 16.09.2026 [12:47]
“Balaca səyyah” oktyabrda tamaşaçıların görüşünə gələcək
- 15.09.2026 [19:23]