Anjela Doroqan: Birinci Avropa Oyunlarında Azərbaycanın dövlət bayrağını ucaltdığım üçün çox xoşbəxtəm
Bakı, 16 iyun, Rəşad İsmayılov, AZƏRTAC
Birinci Avropa Oyunlarının qızıl medalını qazandığım üçün özümü xoşbəxt hesab edirəm. Bu mənim həyatımda əldə etdiyim ilk qızıl medaldır. İlk Avropa Oyunlarında finaladək layiqli mübarizə aparıb Azərbaycanın bayrağını ucalda bildim.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Bakı-2015” birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə qızıl medal qazanmış Azərbaycan təmsilçisi Anjela Doroqan deyib.
Final oyununda sonadək mübarizə apardığını vurğulayan atlet azarkeşlərin fəal dəstəyinə görə təşəkkürünü bildirib və bundan sonra Olimpiya Oyunlarına lisenziya qazanmağa çalışacağını bildirib.