Ankarada “Azərbaycan mətbəxi həftəsi”nin açılışı olub
Ankara, 5 mart, AZƏRTAC
Ölkəmizin Türkiyədəki səfirliyinin təşkilatçılığı ilə Ankarada “Azərbaycan mətbəxi həftəsi” keçirilir.
AZƏRTAC xəbər verir ki, həftənin açılış mərasimində Türkiyənin nüfuzlu siyasi dairələrinin nümayəndələri, Ankarada akkreditasiya olunmuş diplomatik missiya rəhbərləri, kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Səfir Xəzər İbrahim Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və ləziz mətbəxlərindən biri olduğunu vurğulayaraq həftə ərzində təqdim olunan yeməklərimizin maraqla qarşılanacağını deyib.
Sonra tədbir bədii hissə ilə davam etdirilib. Pianoçu Nailə Əhmədova tərəfindən Azərbaycan bəstəkarlarının mahnıları səsləndirilib. Pianoçunu skripkada Hüseynalı Hüseynalıyev müşayiət edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara