Ankaradakı Heydər Əliyev Parkında anma mərasimi keçirilib
Ankara, 10 may, AZƏRTAC
Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 92-ci ildönümü münasibətilə Ankaradakı Heydər Əliyev Parkında anma mərasimi keçirilib.
Tədbirdə səfirliyin əməkdaşları, Heydər Əliyev Məktəbinin şagird və müəllim kollektivi, Ankarada təhsil alan tələbə və müdavimlərimiz, elm və mədəniyyət xadimləri, şəhər ictimaiyyətinin, diaspor və KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin parkdakı abidəsi önünə çiçəklər düzüdülər, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etdilər.
Sonra ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, hər iki qardaş ölkənin dövlət himnləri səsləndirildi.
Tədbirdə səfir Faiq Bağırov, Heydər Əliyev Məktəbinin müdiri Necattin Şengezer və başqaları Ulu Öndərin siyasi fəaliyyətinin istiqamətləri barədə çıxış etdilər.
Daha sonra Ulu Öndərin anadan olmasının 92-ci ildönümü münasibətilə Heydər Əliyev Məktəbinin şagirdləri arasında təşkil olunmuş rəsm, inşa və şeir müsabiqəsinin qaliblərinə hədiyyələr təqdim olundu.
Rəsmi hissədən sonra Heydər Əliyev Məktəbinin şagirdləri Azərbaycan musiqi nümunələrindən ifalar və rəqs ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara